“Əsgər Murad Hüseynov hərbi hissələrdən birində xidmətdədir…” – Nazirlikdən təkzib

Əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir. Onun yayılan fotosu isə 2016-cı ilin fevralında Silahlı Qüvvələrdə keçirilən ağırlıqqaldırma yarışları zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirilib.

Etikxeber.az xəbər verir ki, bunu Ermənistan mətbuatında Azərbaycanın sosial şəbəkə istifadəçilərinə və bəzi yerli elektron kütləvi informasiya vasitələrinə istinadla Azərbaycan əsgəri Murad Hüseynovun guya həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, “Youtube”da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu, Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir” – deyə, məlumatda qeyd olunub.

Etikxeber.az

Read Previous

Statistika Komitəsi: Elektrik avadanlıqlarının istehsalı isə 4,6 dəfə artıb

Read Next

Prezident İƏT-in növbəti zirvə görüşündə iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir