Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub-MN

Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb:

“Bundan başqa, saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər.

Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb”.

Etikxeber.az

Read Previous

39 müntəzəm marşrut xətti üzrə 146 avtobusun hərəkət intervalında-GECİKMƏLƏR VAR

Read Next

Ağdamlı Şəhid qardaşlardan-Milli Qəhrəman-XƏQANİ ASLANOVUN CƏNNƏTDƏKİ 31-Cİ DOĞUM GÜNÜ İLƏ BAĞLI BİNƏ MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir