Ağdamlı Şəhid qardaşlardan-Milli Qəhrəman-XƏQANİ ASLANOVUN CƏNNƏTDƏKİ 31-Cİ DOĞUM GÜNÜ İLƏ BAĞLI BİNƏ MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Binə Mədəniyyət Mərkəzində Ağdamlı Şəhid qardaşlardan biri-Milli Qəhrəman Xəqani Kazım oğlu Aslanovun 68 yaşının tamam olması, Cənnətdəki 31-ci doğum günü ilə bağlı tədbir düzənlənib.

Etikxeber.az-ın xəbərinə görə, Şəhidin və Şəhid qardaşların ailə üzvlərinin, digər bölgələrdən olan Şəhid ailələrinin, Qazilərin, hərbçilərin, ziyalıların, media mənsublarının, sənətçilərin, millət vəkilinin iştirakı ilə baş tutan tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi tədbirdə sonra çıxışlar başlayıb.

Çıxışlarda Xəqani Asalanovun və Şəhid qardaşların şərəfli həyat və döyüş yollarından, İgidlikləri və Qəhrəmanlıqlarından bəhs olunub.

Xəqani Aslanovun və Şəhid qardaşların ailələrinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, Cənnətdəki 31-ci doğum günü olan Xəqani Aslanovun Onsuz qeyd edilən 68 yaşı təbrik olunub.

Şəhid Xəqani Aslanovun ailə üzvləri də öz növbəsində tədbir iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə və Qazilərə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə həmçinin, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.

Qeyd edək ki, Şəhid qardaşlardan Xəqani Aslanov 1955-ci ilin avqustun 18-də Ağdamın Şelli kəndində, sadə bir ailədə dünyaya gəlib.

O, Qarabağ Savaşına, Vətənin müdafiəsinə könüllü qoşulan Vətən sevdalılarından biri olub.

1992-c ilin 26 fevral tarixində isə soyqırımına məruz qalan Xocalıda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi (bədənin yarı hissəsi) doğulub boya-başa çatdığı Şelli kəndində torpağa tapşırılıb.

Digər iki Şəhid qardaş-Hasil  Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda, Ağdam işğal olunduğu gün Şəhid olublar.

Hər iki qardaşın nəşi Ağdam işğal edildiyi üçün Ağcabədi rayonunda torpağa tapşırılıb.

Şəhid Xəqani Aslanov ailəli, 4 övlad, 4 oğlan atası olub.

Hasil Aslanovun iki, Vidadi Aslanovun isə üç övladı Vətənə əmanət qalıb.

Məkanı Cənnətlik, cənnətdəki 31-ci doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:50

***

FOTOLAR:

15:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub-MN

Read Next

Bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir