“Sülh sazişinin imzalanması üçün real şanslar var…”-CEYHUN BAYRAMOV

Ermənistanla sülh sazişinin imzalanması üçün real şanslar var.

Etikxeber.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla telefon danışığında bildirib.

Nazir bildirib ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinmək vacibdir.

“Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.

Daha sonra, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilib.

Etikxeber.az

Read Previous

İlham Əliyev yenidən Füzulidə VƏ BİR SIRA TƏMƏLATMA MƏRASİMLƏRİNDƏ – FOTOLAR – YENİLƏNİB – (7)

Read Next

İkinci Vətən Müharibəsinin 16 oktyabr Şəhidləri: ELŞƏN KƏRİMOV, ƏRƏSTUN XIDIROV VƏ EMİL SADIQZADƏ – ŞƏHİDLƏRİN ANIM GÜNLƏRİNDƏ MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir