İkinci Vətən Müharibəsinin 16 oktyabr Şəhidləri: ELŞƏN KƏRİMOV, ƏRƏSTUN XIDIROV VƏ EMİL SADIQZADƏ – ŞƏHİDLƏRİN ANIM GÜNLƏRİNDƏ MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

İkinci Vətən Müharibəsi Şəhidlərindən bu gün daha bir neçəsinin Anım Günüdür.

Goranboy rayonundan olan Elşən Kərimovun, Bərdə rayonundan olan Ərəstun Xıdırovun və Samux rayonundan olan Elmil Sadıqzadənin Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Elşən Kərimov 2001-ci ilin iyunun ayının 26-da, Samux rayonunun Qovlarsarı kəndindən olan Emil Sadıqzadə 2000-ci ilin iyul ayının 22-də, Bərdə rayonundan olan Ərəstun Xıdırov isə 1998-ci ilin 18 mart tarixində sadə bir ailədə dünyaya gəlib.

Elşən Kərimov 7 bacının tək qardaşı, Emil Sadıqzadə ailəninn 3 övladından biri və tək oğlu, Ərəstun Xıdırov evin 3 övladından, iki qardaşdan biri olub.

Emil Sadıqzadə kollec (texnikum) təhsilli, Elşən Kərimovla Ərəstun Xıdırıov orta təhsilli idi.

Ərəstun Xıdırov Azərbaycan Ordusunun hərbçisi-MAXE, Emil Sadıqzadə ilə Elşən Kərimov isə Əsgər olub.

Emil Sadıqzadə həm də Xüsusi Təyinatlılardan idi.

Emil Sadıqzadə ilə Elşən Kərimov Füzuli rayonu, Ərəstun Xıdırov isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olub.

Elşən Kərimovun nəşi Qızılhacılı (Balükür) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Ərəstun Xıdırovun nəşi Bərdə rayon Şəhidlər Xiyabanında, Emil Sadıqzadənin nəşi isə Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Şəhidliklərindən sonra Elşən Kərimovla Ərəstun Xıdırov medallarla, Emil Sadıqzadə isə “Azərbaycan Bayrağı” ordeni və bir neçə medalla təltif olunub.

Hər üçü də subay olub.

***

Anım günləri ilə bağlı bu gün səhər saatlarında hər üç Şəhidin məzarı ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar edilib.

Məzarları başında çıxışlar edilib, məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra Şəhidlərlə bağlı Anım mərasimləri düzənlənib, ehsan süfrələri açılıb, bir daha ruhlarına dualar olunub.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Goranboy, Bərdə və Samux rayon İcra hakimiyyətlərinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Ruhları şad olsun!

Ruhları qarşısında baş əyirik!

13:13

***

FOTOLAR:

ə

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Sülh sazişinin imzalanması üçün real şanslar var…”-CEYHUN BAYRAMOV

Read Next

İkinci Vətən Müharibəsi və 12-13 sentyabr 2022-ci il döyüşlərinin iştirakçısı, ali təhsilli, Leytenant, iki qız övladı Vətənə əmanət qalan-SAMUXLU 20 SENTYABR 2023-CÜ İL ŞƏHİDİ FİZULİ BƏHRUZ OĞLU MƏMMƏDOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir