Baham adalarından ABŞ-a uçan helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Etikxeber.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumatı Baham adalarında polisin nümayəndələri təsdiqləyib.
Helikopter ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərinə uçurmuş. Həlak olanların hamısı ABŞ vətəndaşlarıdır. Xarici KİV-lərin yaydığı məlumata görə, həlak olanlardan biri milyarder Kris Klayndır.
***
ABŞ milyarderi Kris Klayn Baham adalarında qəzaya uğramış helikopterdə olub.
Bu barədə isə ABŞ-ın “Metro News” portalı məlumat yayıb.
Qeyd edək ki, Kris Klayn ABŞ-ın Qərbi Virciniya ştatında yaşayırdı.
“Forbes”in məlumatına görə, onun sərvəti 1,8 milyard dolları ötmüşdü.
Etikxeber.az