“3 il öncə, təqvimin elə bu günü…” – JALƏ ƏLİYEVA MEHRİBAN ƏLİYEVANIN BİRİNCİ VİTSE-PREZİDENTLİYİNİN 3 İLİ HAQDA…

21 fevral 2017-ci il…

Düz 3 il öncə, təqvimin elə bu günü Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın ilk birinci vitse-prezidenti təyin edildi…

Bu, çox tarixi bir hadisə idi və zaman da göstərdi ki, bu təyinat, bu etimad çox düzgündür.

 Çünki ötən 3 il ərzində  xanım Mehriban Əliyeva həm ölkə daxilində, həm də beynəlxalq aləmdə uğurlu siyasi fəaliyyəti ilə bu addımın  doğruluğunu bir daha sübut etdi.

Mehriban Əliyevanın uğuru və böyüklüyü ilk növbədə onun milli maraqların keşiyində durmasıdır.

Onun şəxsi təşəbbüsü ilə milli musiqimizin, ədəbiyyat və poeziyamızın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir, muğamımızın dünyada tanınması istiqamətində də böyük işlər görülür.

Eyni zamanda, Mehriban xanım sülh və tolerantlığın yayılması, dünyada humanizm dəyərlərinin bərqarar olması üçün müntəzəm olaraq tədbirlər həyata keçirir.

O, eyni zamanda, səhiyyə və sosial məsələlərə böyük həssaslıqla yanaşır,talassemiyalı xəstələrin müalicəsinə, o cümlədən bu xəstəliyin profilaktikası üzrə maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz dəstəyini verir. Bununla yanaşı, Mehriban xanım ölkədə idmanın inkişafına da mühüm töhfələr verib.

Məhz Mehriban xanımın sayəsində Azərbaycanda idmanın gimnastika növü xeyli inkişaf edib, ölkəmiz bu sahədə dünyada layiqincə təmsil edilir, Azərbaycan mötəbər beynəlxalq yarışlara evsahibliyi edir.

 Mehriban xanım təhsil, elm, incəsənət sahələrində mühüm strateji addımlar atır. Təhsilə, elmə böyük dəstək verən Birinci vitse-prezident “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yeni məktəblərin tikilməsinə, təlim-tədris prosesinin inkişafı və təkmilləşdirilməsinə lazımi şərait yaradır.

Mehriban xanım Əliyevanın istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsilin mühüm yer tutması təsadüfi deyil, çünki o, dövlətimizin gələcəyini təhsilin inkişafında görən ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik konsepsiyasına əsaslanır.

Bütün bunlar Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə malik olduğunu bir daha sübut edir.

Tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva müstəqil dövlətimizin inkişafı və tərəqqisinə, milli dəyərlərin qorunub saxlanmasına, xalqın sosial-mədəni inkişafına böyük töhfələr verir və bundan sonrakı fəaliyyətində də bunun şahidi olacağıq.

Uğurlar, uğurlar, uğurlar, əzizimiz və dəyərlimiz Mehriban xanım!

Jalə ƏLİYEVA,

Professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

“Bir daha təsdiqlənmiş oldu ki, ölkə Prezidentinin seçimi, qərarı yerində və zamanında olan bir seçimdir” – ELDƏNİZ SƏLİMOV

Read Next

Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olundu-İTALİYADA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir