“300-ə yaxın şagirdin 120-yə yaxının gözündə eynək var idi…” – ZAHİD ORUC

Deputat eynək taxan şagirdlərin sayının artmasından narahatlıq ifadə etdi

Olimpiadada iştirak edən 300-ə yaxın şagirdin 120-yə yaxının gözündə eynək var idi. Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib?

Etikxeber.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

zahid-bay-2

Millət vəkili qeyd edib ki, bu yaxınlarda Olimpiada qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib

“Bu insanlar millətin qürurverici təbəqəsidir. Biz onlarla qürur duyuruq. Eyni zamanda, biz orada üzücü bir mənzərə ilə rastlaşdıq.Olumpiadada iştirak edən 300-ə yaxın şagirdin 120-yə yaxının gözündə eynək var idi. Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bəlkə biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq?! Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həlllinə yönəlik işlər görməliyik”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ələt azad iqtisadi zonası haqqında” bütövlükdə qəbul olundu

Read Next

“Elə burada danışmalıyıq…” – DEPUTATDAN BİRİNCİ VİTSE-SPİKERİN İRADINA CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir