“Elə burada danışmalıyıq…” – DEPUTATDAN BİRİNCİ VİTSE-SPİKERİN İRADINA CAVAB

Parlamentin bu gün keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov deputatlara ciddi irad tutub.

Etikxeber.az xəbər verir ki, Z. Əsgərov deputatların çıxışları zamanı gündəlikdəki məsələrdən yayınmasına etiraz edib.

O, konkret olaraq, millət vəkili Zahid Orucun çıxışından sonra onun qismində digərlərinə də irad tutub:

ziyafat

“Burda AZAl-dan danışdınız, təyyarədən danışdınız, Gürcüstandan danışdınız, amma gündəlikdəki məsələ qaldı qıraqda. Heç hənanın yeridir? Bəsdirin də, mövzudan nə qədər yayınmaq olar?”

Qeyd edək ki, Z. Oruc çıxışında “ AZAL” fəaliyyətinə irad bildirib, eyni zamanda, hər bir məsələdə Gürcüstanın nümunə kimi göstərilməsini düzgün saymayıb.

Z. Oruc da öz növbəsində yerindən “Bəs harda danışmalıyıq? Elə burada danışmalıyıq da?!” – deyərək, Z. Əsgərova etirazını bildirib

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“300-ə yaxın şagirdin 120-yə yaxının gözündə eynək var idi…” – ZAHİD ORUC

Read Next

“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər qəbul olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir