8-0 uduzandan sonra “ayıldılar”- “Neftçi”də mükafat və bonuslar ləğv edilir

Topaz Premyer Liqanın IV turunda “Qəbələ” ilə qarşılaşan “Neftçi” 0:8 hesabı ilə məğlub olub.

Etikxeber.az xəbər verir ki, oyundan sonra klubun Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Klubun inzibati binasında gecə başlayan və səhər saatlarına qədər davam edən iclasda bir sıra qərarlar qəbul olunub. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməyib. “Neftçi” PFK-nın yay aylarında həyata keçirilən transfer siyasəti qənaətbəxş hesab edilməyib. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq. “Neftçi” PFK-nın hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək. O cümlədən klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək.

Etikxeber.az

 

Read Previous

Tibb müəssisələrində qeydə alınan hamilə qadınların doğuşunu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlandı

Read Next

Bayramın ilk günü yağmurlu olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir