“8 nəfər bir evdə, iki otaqda necə yaşaya bilər, heç təsəvvürünüzə gətirirsinizmi?! Heç olmasa, 3-4 sot torpaq sahəsi verilsin, gedim özümə bir ocaq, bir daxma qaraldım…Çoxmu şey istəyirəm?!”-İKİNCİ QARABAĞ SAVAŞININ İŞTİRAKÇISI, QAZİ OĞLU ANAR HƏSƏNOV… – FOTOLAR

Bir az öncə daha bir İkinci Vətən Müharibəsi iştirakçısı-Qəhrəman Goranboyun, Qəhrəman Qızılhacılı qəsəbəsinin daha bir İgidi-Anar Yasin oğlu Həsənovla danışdım…

Özü zəng etmişdi İgidimiz…

Anar həm də Qazi oğlu və Qazi, hərbçi qardaşıdır…

Atası-rəhmətlik Yasin Çoban oğlu Həsənov Birinci Qarabağ Savasının iştirakçılarından, Qazilərindən olub…

Səhhətində yaranmış problemlər üzündən də bir neçə il öncə vaxtsız şəkildə dünyasını dəyişib…

Zamanında da qiymətini, dəyərini, Haqqını almayıb, ala bilməyib…Çox təəssüf…

Anarın qardaşı Elvin Yasin oğlu Həsənov isə həm Aprel döyüşlərinin, həm də İkinci Qarabağ Savaşının iştirakçısı olub…

3 il Orduda MAXE kimi qulluq göstərib, sonra bir müddət hərbi xidmətdən ayrılıb…

İkinci Vətən Müharibəsindən bir ay öncə MAXE kimi yenidən Orduda fəaliyyətə başlayıb və İkinci Qarabağ Savaşının ilk günündən, ilk saniyəsindən də döyüşlərdə olub, igidliklər, qəhrəmanlıqlar göstərib…

İki dəfə-birinci dəfə “Ağuçuq” deyilən yerdə, ikinci dəfə isə Suqovuşan istiqamətində yaralanıb…

Amma yenidən cəbhəyə, döyüşlərə, hərbi xidmətə qayıdıb, hazırda da Orduda, Vətənin keşiyindəndədir…

Yeni ailə quran İgidimiz göstərdiyi İgidlik və Qəhrəmanlığa görə, dövlətimiz, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, “Cəsur döyüşçü” medalı ilə təltif olunub…

Müharibəyə qədər adi fəhlə işləyən Anar da Vətən, Torpaq naminə könüllü şəkildə orduya yazılıb, müharibəyə yolanıb, 36 yaşında Vətənin müdafiəsinə qalxıb…

Sentyabrın 29-dan dekabr ayınının sonlarına kimi, cəbhənin ən ağır, ən qaynar nöqtələrində olub…

Döyüş yolu “Qaranlıq meşə” deyilən yerdən başlayıb Şuşaya, Şuşadan isə Kəlbəcərə, “Ömər aşırımı”nacan davam edib…

Döyüşüb, vuruşub, ölümlərdən dönüb…

Ancaq çox təəssüflər olsun ki, bu ailə ilə, Anarla bu günə kimi kimsə maraqlamayıb, onların problemlərinə kimsə diqqət, qayğı göstərilməyib…

İgidimiz hazırda da işsizdir…Özü də ailəli, bir övlad atasıdır…

Bütöv bir ailə-8 nəfərdən ibarət bir ailə iki otaqlı və son dərəcədə şəraitsiz bir evdə yaşamaq məcburiyyətindədir…

Dəfələrlə rayon rəhbərliyinə, İcra hakimiyyətinə…etdiyi müraciətlər də cavabsız qoyulub, belə demək mümkünsə, başdan edilib…

“Təsəvvür edin ki, 8 nəfərlik bir ailə-anam, 3 nəfərdən ibarət mənim ailəm, iki nəfərdən ibarət qardaşımın ailəsi və iki nəfərdən ibarət bacımın ailəsi bir evdə, bir dam altında, iki otaqlı evdə yaşayır, yaşayırıq…Əgər buna da yaşamaq demək mümkündürsə…Atam bu Vətən yolunda canını qoydu, amma təəssüf ki, qiymətini almadı, vaxtsız dünyasını dəyişdi…Mən də, qardaşım da bu Vətən, torpaqlarımızın azadlığı yolunda heç nədən çəkinmədik…36 yaşımda özüm könüllü şəkildə, zorla, təkidlə Orduya yazıldım, müharibəyə yollandım…Döyüşdüm, vuruşdum…”Qaranlıq meşə”dən Şuşaya, Şuşadan “Ömər aşırımı”nacan şərəfli döyüş yolu keçdim…Borcumdur, borcumuzdur, canımız bu torpağa, bu Vətənə qurbandır…

Lazım olsa, hamıdan qabaq yenə də Vətənin müdafiəsinə canla-başla getməyə hazıram…Buna şübhə olmasın…Amma biz də insanıq, biz də insan kimi yaşamaq istəyirik…8 nəfər bir evdə, iki otaqda necə yaşaya bilər, heç təsəvvürünüzə gətirirsinizmi?! Nə istəyirəm, nə istəyirik ki?! Heç olmasa, mənə 3-4 sot torpaq sahəsi verilsin, gedim özümə bir ocaq, bir daxma qaraldım…Çoxmu şey istəyirəm?! Belə olmaz, axı?! İstəyirəm ki, mənim də evim-eşiyim olsun, rahat nəfəs ala bilim… Çox xahiş edirəm ki, bizim problemimizin, şəxsən mənim problemimin həlinə kömək göstərəsiniz”-deyə, Anar qeyd edir…

Qeyd edim ki, Anar 1984-cü ildən, Elvin isə 1993-cü ildəndir…

Çox üzücü, çox acı bir bir mənzərədir…

Çox-çox təəssüflər olsun…

Ancaq inanmaq istəyirəm ki, İgidimizin-Vətən sevdalısı Anar Həsənovun da probleminə nəhayət, diqqətlə, həssaslıqla yanaşılacaq, bir ocaq qaralda bilməsi üçün ona torpaq sahəsi ayrılacaq, o, işlə təmin olunacaq və gec də olsa, Anarın timsalında 8 nəfərdən ibarət ailəsi sevindiriləcək…

Bəli, inanmaq və ümid etmək istəyirəm…

Allah ümidlərimizi ölməyə və öldürülməyə qoymasın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2248 yeni yoluxma-DAHA 26 ÖLÜM…

Read Next

“Erməni lidelərlərinin İrəvanın Azərbaycanın həqiqi siyasi paytaxtına çevriləcəyi ilə öz cəmiyyətlərini qorxutması hakimiyyəti ələ almaq planının tərkib hissəsidir…”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir