“Onlar eyforiyaya uğrayaraq öz ordularının “məğlubedilməz” olduğunu düşünür və iddia edirdilər ki, əgər müharibə başlasa, guya hərbi texnikaları Bakıya qədər gələcək…”-MİLLƏT VƏKİLİ

Bakıda Hərbi Qənimətlər Parkının açılışı çox mühüm hadisədir. Bu, Vətən müharibəsində düşmən üzərində qazandığımız parlaq qələbənin əyani göstəricisidir. Ali Baş Komandan, Prezident İlham Əliyevin parkın açılışında iştirak etməsi və bir qrup hərbçi ilə görüşü zamanı səsləndirdiyi fikirlər hər birimizi çox qürurlandırır.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

F. Yıldırım bildirib ki, Vətən müharibəsində qazanılan qələbənin əsasında Azərbaycan dövlətinin inkişafı, gücü, xalq-Prezident birliyi və Vətənə olan  sevgi dayanır:

“Məhz bu amillər düşməni qarşımızda diz çökdürdü.Millət vəkilinin sözlərinə görə, hələ müharibə başlamamışdan əvvəl Ermənistan rəhbərliyi bəzi iddialarla çıxış edirdilər. Onlar eyforiyaya uğrayaraq öz ordularının “məğlubedilməz” olduğunu düşünürdülər və iddia edirdilər ki, əgər müharibə başlasa, guya hərbi texnikaları Bakıya qədər gələcək. Bəli, texnika Bakıdadır, ancaq ordumuz tərəfindən məhv olunmuş vəziyyətdə.  Azərbaycanın şanlı ordusu, qəhrəman əsgərlərimiz onların uydurma miflərini qısa müddət ərzində dağıtdılar, və bu gün  Ermənistan ordusunun durumu özünü Hərbi Qənimətlər Parkında əks etdirir”.

Deputat qeyd edib ki, hazırda bu parkda erməni ordusu əzilmiş, məhv olmuş ordu kimi nümayiş olunur. Beləliklə, demək olarki bu parkdakı mənzərə ilə biz düşmənə göstəririk ki, xalqımıza qarşı törədilən soyqırım, terror, cinayətlərin cavabı hər zaman bu olacaqdır:

 “Hesab edirəm ki, Hərbi Qənimətlər Parkın yaradılması həmçinin çox böyük tarixi əhəmiyyətə malikdir. Biz Qarabağ həqiqətlərini, bu torpağı düşmən işğalından necə azad etdiyimizi, ordumuzun şücaətini gələcək nəsillərə mütləq çatdırmalıyıq. Bu tariximizi daim təbliğ etməliyik. Parkın yaradılmasında müasir, kreativ üslublardan istifadə olunub və bu vasitə ilə döyüşlərin mənzərəsi çox real təsvir edilib.

Burda hər bir şəhidimizin, qazimizin, bütün ordumuzun əməyi, fədakarlığı, şücayəti nümayiş olunub. İnsan baxdıqca sanki o anları yaşayır. Eyni zamanda, bu park ölkəmizə gələn xarici turistlərin də ən çox ziyarət edəcəyi məkanlardan biri olacaqdır. Hər kəs burada Azərbaycan ordusunun nəyə qadir olduğunu öz gözləri ilə görəcək, işğalçı Ermənistanın məğlubiyyətinin isə real mənzərəsinin  şahidi olacaqlar”.

Etikxeber.az

Read Previous

“Bütün dünya Ermənistanın faşist dövləti olması gerçəkliyi və faktı ilə üz-üzə qaldı…Ancaq ifşa prosesi, sarsıdıcı siyasi-diplomatik zərbələr bununla da bitmədi…”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ – (İKİNCİ HİSSƏ)

Read Next

Bərdə…Şəhidlərimizi ziyarət-QAZİMİZLƏ GÖRÜŞ… – KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir