9 kənd kürd terrorçularından təmizləndi – ƏRDOĞAN İSƏ HDP-LİLƏRƏ SƏSLƏNDİ: “ƏZƏR, KEÇƏRİK” – ƏSAD BƏS NƏ DEDİ? – FOTOLAR – YENİLƏNİB – (2)

Türkiyə ordusunun əsgərləri artıq Suriya sərhədlərini keçərək, Afrinə quru əməliyyatı başladıb.

Etikxeber.az-ın Sozçu-ya istinadən xəbərinə görə, bölgə ABŞ-ın “əlbuyruğu” olan olan PKK-YPG ilə “İŞİD”-dən təmizlənəcək.

Qeyd olunur ki, Türkiyə ordusunə məxsus olan top və tanklar bölgənin “Kandil”i kimi bilinən və yeraltı tünellərlə, silah depolarının “bol” olduğu “Parsa Dağı”nı yerlə bir edib.

Beləliklə, YPG-nin əlindəki 9 kənd terrorçulardan təmizlənib və geri alınıb.

afrin-operasyonu-tanklar-880-dha (1)

***

Ərdoğandan HDP-lilərə: Qarşımıza kim çıxarsa, əzər, keçərik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinə yönəlik “Zeytun budağı” hərbi əməliyyatının çox qısa zaman ərzində tamamlanacağını deyib.

Ərdoğan eyni zamanda, terrorçu PKK-nın siyasi qanadı olan HDP-nin Türkiyənin 81 bölgəsində “Zeytun budağı” əməliyyatına qarşı etirazlara başlanılsın” çağırışına da çox sərt təpki verib.

“Meydanlara çıxma yanlışına düşənlər olarsa, o zaman bunun cavabını çox ağır şəkildə alarlar. Qarşımıza kim çıxarsa- çıxsın, əzər, keçərik” – deyə, Ərdoğan sözlərinə əlavə edib.

erdogan-bursa-dha-487 (1)

***

Kəndlər təmizlənir, terrorçular bir-bir yaxalanır

Türkiyə  Silahlı Qüvvələrinin (TSQ)  “Zeytun budağı”  hərbi əməliyyatı  davam edir. Türkiyənin və TSQ-nın dəstəyi ilə Azad  Suriya Ordusu (ASO) Afrindəki kəndləri bir-bir ələ keçirir.

Belə ki, Afrinin Raco qəsəbəsində  irəliləyən ASO-çular  Azman və  Şenkal kəndlərinin  ardınca Adamanlı, Balinli kəndlərini də kürd terrorçularından təmuizləyərək, onları nəzarəti altına alıb.

Digər  yandan Adamanlı kəndini ələ  keçirərkən  ASO-çular  3 YPG’li terrorçunu  da canlı şəkildə  yaxalayıblar.

ypg-iha-487

***

Əsədin telekanalından Türkiyəyə jest: Türk xalqına arxamızı dönməməliyik

Suriyada Bəşər Əsad rejiminə məxsus olan telekanaldan Türkiyəyə “Zeytun budağı” əməliyyatı ilə bağlı ist mesajlar göndərilməyə başlanıb.

Əsədə yaxınlığı ilə tanınan “Enis el Nakkaş” televiziyasından , “Suriyadakı böhrandan və savaşdan öncə bölgədəki planımız tərəfləri, yəni, ölkələri birləşdirməyə yönəlmişdi.

“Bu, olduqca vacib bir addımıydı. Bu, indi bir tərəfin xətası üzündən, fikrimizcə, zibilliyə atılmamalıdır. Türkiyəylə hərbi bir münaqişəyə girilməməli, ya da, sərhədləri tamamən bağlayaraq, Türk xalqına arxamızı dönməməliyik” – deyə, sonra vurğulanıb.

esad

Etikxeber.az

Read Previous

“Qarabağ münaqişəsinin həlli istiqamətində Almaniyanın sülhpərvər missiyası bizi sevindirir” – MURADOV

Read Next

Aqramuntun yerinə Nikoletti seçildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir