9 yaşlı istedad daha bir uğuruna imza atdı – BAŞ ROLA ÇƏKİLDİ – FOTOLAR

Tanınmış və sevilən müğənni, Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” qrupunun solisti və Sənət Akademiyasının tələbəsi, istedadlı-9 yaşlı ifaçı Həsən Əliyev daha bir uğura imza atıb.

Etikxeber.az-ın xəbərinə görə, balaca istedad bu dəfə filmə dəvət alıb və baş rolun uşaqlıq dövrünə çəkilib.

Bu haqda isə A. Haşımova məlumat verib.

Onun qeyd etdiyinə görə, H. Əliyev dahi dramaturqumuz Cəfər Cabbarlının məşhur “Solğun çiçəklər” əsəri əsasında çəkilən filmin çəkilişlərinə dəvət edilib və baş rola-Bəhram roluna (obrazına) çəkilib:

“O filmdə Bəhramın uşaqlıq illərini oynayıb. Bu, bir müəllim, sənət adamı kimi məni çox sevindirdi. Çünki tələbəmin və qrupumuzun solistininin bu yaşda filmə çəkiləməsi böyük hadisədir. Azru edirəm ki, Həsənin uğurları bundan sonra da davamlı olsun”-deyə, A. Haşmova sözlərinə əlavə edib.

Qeyd edək ki, filmdə yer alan sənətçilər arasında “Əhməd haradadır?” və “Axırıncı aşırım” filmlərindən hər kəsə yaxşı  tanış olan istedadlı aktyor, tanınmış sənətçi Elxan Qasımov da var.

Həmçinin, qeyd edək ki, kinonun ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri Yalçın Verdiyev, baş prodüseri isə Balakişi Qasımovdur.

SOL-3

SOL-4

SOL-5

SOL-6

SOL-2

SOL-1

SOL-7

Etikxeber.az

 

Read Previous

Vyana danışıqları: kimi uduzdu, kim uddu? – RƏY(LƏR)

Read Next

Danışıqlar münaqişə tərəfləri olan Ermənistanla Azərbaycan arasında aparılmaqdadır – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir