Vyana danışıqları: kimi uduzdu, kim uddu? – RƏY(LƏR)

Vyana  görüşü Ermənistanın baş naziri Nikol Paşinyan ilə Azərbaycan prezidenti cənab İlham Əliyevin ilk rəsmi görüşü idi. Bundan əvvəl üç dəfə görüş baş tutub, ancaq hamısı qeyri-rəsmi görüşlər olub. Bu dəfə isə diqqətdən yayınmayan çox maraqlı bir məqam var idi. Yadınızdadırsa, 2016-cı ilin aprel döyüşlərindən sonra dərhal prezidentlər səviyyəsində görüş Vyanada keçirilmişdi və indi də aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində bu görüş keçirildi, özü də yenə Vyanada. Yəni, bu bir təsadüf, yoxsa, bir qanunauyğunluq idi, düşünmək üçün əsas verir.

Etikxeber.az xəbər verir ki, bunu  mətbuata açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov bildirib.

İLYA-pas-pas-1

İLYA-pas-pas

vyana-ilya

Millət vəkilinin bildirdiyinə görə, eyni zamanda, növbəti Vyana görüşünün aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində keçirilməsi həm də bir siqnal, mesaj idi ki, danışıqlar nəticə verməyəcəyi, danışıqlar naminə danışıqlar gedəcəyi təqdirdə, müharibə, hərb variantı qaçılmaz ola bilər.

“Bu anlam da vardı. Ən çox maraq doğuran məsələ o idi ki, mart aynın 14-də Paşinyan gözlənilmədən işğal altındakı Azərbaycanın ərazisi Xankəndinə getdi, orada Təhlükəsizlik Şurasının iclasını keçirmişdi və eyni yanaşma beş gün bundan qabaq da olmuşdu. Yəni, mart ayının 25-də Paşinyan Müdafiə Nazirliyinə gedib, orada müdafiə nazirinin qapalı toplantısını keçirmişdi. Fikir verirsiniz, təhlükəsizlik və müdafiə məsələləri konktekstində tədbirlərdən sonra o Vyanaya getmişdi. Yəni, burada müəyyən mənada biz hərbi diplomatiya elementlərini, müəyyən təzyiq elementlərini də görürdük. Həm də bu ondan irəli gəlirdi, yəni,  Paşinyan çox gözəl dərk edirdi ki, o, təzyiq altında danışıqlara gedir. Çünki ATƏT-in rəhbərliyi də qeyd etmişdi ki, danışıqların formatında dəyişiklik ola bilməz.  

Həmçinin, ATƏT-in Minsk qrupunun son bəyanatı da eyni məzmunlu idi. Avropa İttifaqının rəhbərliyi də eyni mövqeyi də ortaya qoymuşdu. Yəni, bir neçə istiqamətdə Paşinyan bu təzyiqlər altında danışıqlara gedir və həm də danışıqlarla bağlı söz oyununa başlamışdı. Deyirdi ki, biz danışıqların formatında dəyişikliklərdən danışmırıq, biz danışıqların formatının bərpasından danışırıq. Guya vaxtilə nə zamansa qısamüddətli Qarabağdakı bu rejim də danışıqların tərəfi olub, biz onun bərpasından danışırıq. Fikir verirsiniz, dəyişikliyi bərpa sözü ilə əvəz edib, oyun oynamaq istəyirdi. Amma mahiyyət dəyişmir və dəyişməyəcək.

Mahiyyət odur ki, münaqişənin iki tərəfi var-Ermənistan və Azərbaycan. Vyana görüşü də bir daha göstərdi ki, artıq bu söz oyununa əhəmiyyət verilmir. Görüş bir daha onu göstərdi ki, həqiqət, üstünlük bizim tərəfimizdədir. Yəni, danışıqlar formatı dəyişdirilə biməz, eyni zamanda, danışıqlar prosesi davam etdirilməlidir. Bu, bir daha Azərbaycan Ermənistan üzərində diplomatik-siyasi qələbəsini nümayiş etdirdi”.

Politoloq həm də belə hesab edir ki, proseslərin sonrakı mərhələsi Ermənistanın və Paşinyanın hansı mövqe sərgiləyəcəyindən asılı olacaq:

“Əgər yenidən qeyri-konstruktiv mövqe nümayiş, söz oyunları davam etdirilərsə, danışıqlar prosesinə əngəllər törədilərsə, bu, kövrək danışıqlara, onsuz da kövrək olan atəşkəs rejiminə çox ciddi zərbə ola və hadisələr ən mürəkkəb ssenari üzrə inkişaf edə bilər. O zaman təbii ki, bunu bütün məsuliyyəti də Ermənistanın üzərində qalacaq, ATƏT-in Minsk qrupunun üzərinə düşəcək.

Beynəlxalq ictimaiyyətin üzərinə düşəcək ki, Ermənistanın  məsuliyyətsiz davranışına, söz oyunlarına yenə ciddi reaksiya vermədi. Amma mənə elə gəlir ki, indiki halda Paşinyan onun fərqində olmalıdır ki, əgər o da təxribatçı yolu seçərsə, o da hərbi çani Sarkisyanın yolunu davam etdirərsə, o zamana bu dalana dirənmək olacaq. Onda bir gün Paşinyan da Sarkisyanın aqibətini yaşamalı olacaq. Hər halda buna Paşinyan özü qərar verməlidir və verməli olacaq, hər şeyi yaxın gələcək göstərəcək”.

elmannnnnnn-nasirrrrrrr

musa-qasim

ELDENIZ-1

 

Musa Qasımlı: Görüş bir daha göstərdi ki, Azərbaycan Respublikası dövləti özünün prinsipial, ədalətli və obyektiv mövqeyindən imtina etməyəcək

“Vyana görüşündə cənab Prezidentimiz İlham Əliyev ilk növbədə, Azərbaycan Respublikası dövlətinin və xalqının prinsipial, qətiyyətli, ədalətli və obyektiv mövqeyini bir daha təsdiq etdi. Yəni, birincisi, işğalçı Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionundan və digər rayonlarından ordularını çıxarmalıdır, ondan sonra digər proseslər – humanitar və s. başlaya bilər. İkincisi, hərbi təcavüz nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsində qəbul edilmiş format dəyişdirilə bilməz”.

Bunu isə  millət vəkili, professor, politoloq Musa Qasımlı deyib.

Millət vəkilinin dediyinə görə, məlum olduğu kimi, formatın dəyişdirilməsi Ermənistanın məsuliyyəti öz boyunundan atmaq, işğalı uzatmaq və qondarma rejimə legitimlik qazandırmaq məqsədi güdür:

“Belə cəhdlərin Ermənistan üçün fəlakətli nəticələri olar. Hərbi əməliyyatlar başlayarsa, Azərbaycan tərəfindən Ermənistan qısa müddətdə əzilər və ayaqlar altına atılar. Ən azı məşhur aprel döyüşlərinin nəticələri bunu artıq göstərib. Nəzərdən qaçırmayaq ordumuz indi o vaxtdakından daha güclüdür. Azərbaycan orudusundakı və cəmiyyətindəki mövcud mənəvi-psixoloji ruh da Ermənistandakından qat-qat üstündür. Üçüncüsü, Ermənistan diplomatiya və intellektual baxımından da Azərbaycandan qat-qat geri qalır. BMT-nin və digər beynəlxalq təşkilatların sənədləri Azərbaycan dövlətinin mövqeyini möhkəmləndirir. Belə bir şəraitdə cəbhədə hər hansı əməliyyatların başlanması Nikol Paşinyan hakimiyyətinin sonu olar.

Ona görə də Ermənistan rəhbərliyi müharibədən qorxur, sülhdən dəm vurur və danışıqlara tərəfdar olur. Bununla da manevr edir, özünün havadarı və ya havadarlarının vasitəsi ilə işğal nəticəsində zorla yaradılmış rejimi və status-kvonu saxlamağa, danışıqlar prosesini uzatmağa cəhdlər edir. Belə vəziyyət isə uzun müddət davam edə bilməz. Çünki Azərbaycan heç bir zaman ərazilərinin işğalı faktı ilə barışmayacaq və necə olursa-olsun onu azad edəcəkdir.

Seçim Ermənistanındır. Hansı yol ona sərfəlidir: işğal edilmiş əraziləri dinc yola boşaltmaq, yoxsa vurulub çıxarılmaq? Vyana görüşündə cənab Prezidentimizin mövqeyi Minsk qrupu həmsədrlərinə də açıq işarə oldu: ikili standartlardan əl çəkin, mandatınızı yerinə yetirin və münaqişəsinin dinc yolla həllinə real nəticələr verəcək  səylər edin.Bu görüş bir daha göstərdi ki, Azərbaycan Respublikası dövləti özünün prinsipial, ədalətli və obyektiv mövqeyindən imtina etməyəcək”.

Eldəniz Səlimov: İstəmirlərsə, arzulamırlarsa, ağıllansınlar və düz yola gəlsinlər…

Millət vəkili Eldəniz Səlimov da öz növbəsində hesab edir ki, Vyana görüşü Azərbaycan diplomatiyasının gücünü, Azərbaycan dövlətinin və ən əsası ölkə prezidentinin növbəti dəfə siyasi iradəsini, qətiyyətini nümayiş etdirdi.

Millət vəkilinin dediyinə görə, bu görüş həm də illərdir erməni sovinistlərinin, şovinizm xəstəliyinə mübtəla olmuş erməni siyasətçilərinin, başabəla erməni liderlərinin davam etdirdikləri siyasətin yanlış olduğunu, fiaskoya uğradığını gözlər önünə sərmiş oldu.

“Artıq ermənilərə, Ermənistan rəhbərlərinə inam qalmayıb, özündən əvvəlki cinayətkar rejimlərin və onun cinayətkar başçılarının səhvlərindən, aqibətindən dərs çıxarmayan Paşinyanın dedikləri sabun köpyündən başqa bir şey deyil. Hətta, onların açıq və gizli himayədarları belə onlara inanmır, etimad etmir, heç bir sözlərini, bəyanatlarını ciddiyə almırlar. Vyana görüşü, Azərbaycan dövlətinin və dövlət başçısının iradəsi və qətiyyətinin nəticə olaraq, sərgilənən mövqe, danışıqların davam etdirilməsinin qərara alınması və danışıqlar formatının dəyişdirilməsinin qeyri-mümkünlüyünün ifadə edilməsi artıq hər şeyi açıqlığı ilə ortaya qoydu, Ermənistanın, onun siyasətbaz siyasi liderlərinin fiaskoyla, dalanla üzləşdiyini hər kəsə göstərmiş oldu. Cənab prezidentin də TASS-a müsahibəsində vurğuladığı kimi, “əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib”.

Artıq seçim, qərar Ermənistanın, Paşinyanındır. Növbəti yanlışlıqları, xətaları, təxribatçılıq əməlləri onlara baha başa gələ, apel hadisələrinin daha ağırını və daha faciəlisini yaşa bilərlər.

İstəmirlərsə, arzulamırlarsa, ağıllansınlar və düz yola gəlsinlər…”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“Sevincin atası Osman müəllimi və əmisi İmran Mirzəyevi yaxşı tanıyırdım…” – DEPUTAT YAZDI

Read Next

9 yaşlı istedad daha bir uğuruna imza atdı – BAŞ ROLA ÇƏKİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir