Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Milli Məclisin plenar iclasında büdcə müzakirəlıri başladı. Çıxışımda gələn ilin dövlət büdcəsini dəstəkləməklə yanaşı bir sıra təkliflər də irəli sürdüm.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Musa Urud dilə gətirib.
Millət vəkili səsləndirdiyi təkliflərinin aşağıdakılardan ibarət olduğunu bildirib:
– əmək müqaviləsi olmayan, vergi və sığorta uçotunda dayanmayan 3 milyona yaxın vətəndaşımızın İcbari Tibbi Sığorta ilə bağlı yarana biləcək problemlərinin həlli üçün önləyici tədbirlərin görülməsi;
– mikro və kiçik sahibkarların 5 il müddətində bütün vergilərdən azad edilməsi;
– ildə əmək bazarına 100 min yeni gənc işçi qüvvəsinin atıldlğlını nəzərə alaraq yeni iş yerlərinin açılmasını stimullaşdırmaq;
– yerli istehsalı və daxili bazarı qorumaq məqsədi ilə (Pirallahı şpris zavodunun misallnda) uyğun gömrük- vergi siyasətinin aparılması;
– Gəncə şəhər 3 nömrəli Təcili Yardım Xəstəxanasın əsaslı təmir üçün investisiya layihəsinə daxil etmək;
– Gəncə – Naxçıvan aviareysinin bərpa olunması ücün maliyyə vəsaitinin ayrılması.
Millətimizə və dövlətimizə xeyirli olsun!
Etikxeber.az