Advokat gedir…

Futbol üzrə Niderland millisinin baş məşqçisi Dik Advokat komandadan ayrılır.

Etikxeber.az xəbər verir ki, 70 yaşlı mütəxəssis baş məşqçi postundan gedəcəyini Rumıniya ilə yoxlama oyunundan sonra açıqlayıb.

“Dekabrın 1-də Niderland Kral Futbol İttifaqı ilə müqaviləm başa çatır. Müqaviləni yeniləməyi düşünmürəm. Getməyim daha məqsədəuyğundur. Artıq nəsil dəyişib və meydan gənclərindir”, – deyə mütəxəssis bildirib.

Buxarestdəki “Naçional” stadionunda Rumıniya ilə yoxlama oyununda Niderland millisi 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Dik Advokatın rəhbərliyi altında Niderland millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.

Etikxeber.az

Read Previous

Velosiped üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı

Read Next

Deputat cəbhə bölgəsindən yazdı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir