Akşənər üçün imza verənlərin sayı 203 mini keçdi… – YENİLƏNİB – (1)

“İYİ Parti”nin prezidentliyə namizədi olan genəl başqan Meral Akşənərin Türkiyənin Mərkəzi Seçki Komissiyası -Yüksək Seçki Kurulu (YSK) tərəfindən prezidentliyə namizədliyinin qeyd alınması üçün başladılan 100 minlik seçici imzası kampaniyasına cəmi bir gün ərzində  start verilsə də, artıq 121 min 540 nəfər seçici imzası toplanılıb.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, M. Akşənərin özü onun namizədliyinin qeyd alınmasına səs verən insanlar-türkiyəli seçicilər arasında 64 min 876-cı adam olub.

aksener-cumhurbaskanligi-adayligi-icin-imza-atti-10816693_8450_m

aksener-aday

ekran-alintisi

Qeyd edək ki, Türkiyədə prezidentliyə namizədin qeydə alınması üçün ayrılan vaxtın bitməsinə hələ bir neçə gün qalır və bu müddətdə Akşənərin namizədliyinin təsdiqlnməsi imza atanların sayının bir neçə dəfə də artacağı gözlənilir.

***

Son məlumata görə isə Akşənər üçün imza atanların sayı 126 min 341 nəfərə çatıb.

***

Akşənər üçün imza atanların sayının 172 mini keçdiyi bildirilir.

Akşənər isə tərəfdarlarını və  türkiyəli seçiciləri  prezidentliyə namizədliyini irəli sürən digər namizədlər-Təməl Karamollaoğlu, Doğu Perinçek və Ədalət Partiyasının genəl başqanı üçün imza atmağa səsləyib.

O, həmçinin son günlər ona və təmsil olunduğu “Millət ittifaqına” qarşı ifadələrini sərtləşdirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana kəskin cavab verib:

“Ey Ərdoğan, kibirlənmə (kinlənmə), səndən böyük Allah var, səndən böyük Millət var…”

***

Bu gün axşama olan məlumata görə, Akşənər üçün imza atanların sayı 203 mini ötüb.

Etikxeber.az

 

 

Read Previous

Bu rayon silkələndi…

Read Next

İsa Qəmbər səhhəti ilə əlaqədar müalicə olunduğu Almaniyadan Bakıya qayıtdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir