İsa Qəmbər səhhəti ilə əlaqədar müalicə olunduğu Almaniyadan Bakıya qayıtdı

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər səhhəti ilə əlaqədar müalicə olunduğu Almaniyadan Bakıya qayıdıb. 

Etikxeber.az-ın  xəbərinə görə,  İ. Qəmbər Almaniyadakı xəstəxanalardan birində müayinə olunub və müayinəsi başa çatdığı üçün Bakıya qayıdıb.

issaaaaa

Qeyd edək ki, bu ilin əvvəlində Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbərin səhhətində problem yaranıb. O, Mərkəzi Klinik Xəstəxanada müalicə olunub, ürəyinə bir neçə stent yerləşdirilib.

Fevral ayının sonlarında isə o, müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib.

Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o, Bakıya qayıdıb.

Etikxeber.az

 

 

 

Read Previous

Akşənər üçün imza verənlərin sayı 203 mini keçdi… – YENİLƏNİB – (1)

Read Next

Əliyev keçid və yol qovşağının açılışında – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir