Ali təhsilini yarımçıq qoyan, Vətən yolunda Şəhid olan Ceyhun Kərimov və ali təhsilli, cəmi 26 yaşında faciəli şəkildə həyatanı itirən Hilal Kərimov-İGİD, QƏHRƏMAN, VƏTƏN SEVDALISI-AĞDAMLI KƏRİMOV QARSDAŞLARI… VƏ YA ÜÇ OĞLUNDAN, ÜÇ ÖVLADINDAN İKİSİNİ İTİRƏN RƏXŞƏNDƏ ANANIN KƏDƏRLİ HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Şəhid və Qazi Kərimov qardaşları…

Şəhid Ceyhun Allahverdi oğlu Kərimov və Qazi Hilal Allahverdi oğlu Kərimov…

Qarabağlı, Ağdamlı və bu gün həyatda olmayan, Haqqın dərgahına qovuşan İgid, Qəhrəman, Vətən sevdalısı qardaşlar…

Birinci Qarabağ Savaşı iştirakçıları…

***

Bu gün-29 mart 2024-cü il tarixində, səhər saatlarında Şəhid və Qazi Kərimov qardaşlarının “Stansiya Sumqayıt” adlanan yerdə, Şəhid və Qazi ailələri üçün inşa edilmiş binalardan birində yaşayan anası, üç övladından, üç oğlundan ikisini itirmiş Rəxşəndə Ananı, Rəxşəndə Kərimovanı və tək, bir övlad atası olan qardaşları Elmir Kərimovu ziyarətə getmişdim…

Ziyarətdə mənimlə birgə şair-jurnalist Raziyə Kamilqızı və Şəhid Arif Allahverdiyevin bacısı Sevinc Allahverdiyeva da iştirak edirdi…

Eyni zamanda, Dillər Universitetinin müəllimi Gözəl xanım da Kərimov qardaşlarının ailəsini ziyarətə gəlmişdi…

Öncə Şəhid və Qazi anası Rəxşəndə xanıma Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin, hər iki övladınızın məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Hər ikisinin də ruhu qarşısında ehtiramla baş əydiyimi bildirdim…

Hər zaman Şəhidlərimizə, dünyasını dəyişən və hazırda yaşayan Qazilərimizə borclu olduğumu, xalq, millət, toplum olaraq, borclu olduğumuzu söylədim…

Sonra iki övladını, eyni zamanda, həyat yoldaşını itirmiş Şəhid və Qazi anası Rəxşəndə Ana və Elmirlə söhbətləşdim, dərdləşdim…

Onlarla birlikdə həm Şəhidimizin, həm də cəmi 26 yaşında faciəli şəkildə dünyasını dəyişmiş Qazimizin ömür, həyat və döyüş yoluna ekskurs etdim, nəzər saldım…

Qeyd edim ki, Hilal evin-ailənin böyük oğlu olub…

1971-ci ilin oktyabr ayının 27-də Ağdam şəhərində dünyaya gəlib…

Ağdamda oxuyub, orta təhsil alıb…

Sonra Ukraynanın Odessa şəhərində yerləşən Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb…

Doğma Ağdamını, Qarabağını, Vətənini qorumaq üçün döyüşlərə atılıb, Birinci Qarabağ Savaşında iştirak edib…

Nişanlı olub…

Və 1997-ci ilin iyul ayının 14-də Odessa şəhərində yerləşən göldə boğularaq, faciəli şəkildə həyatını itirib…

Həyatı, xəyalları, arzuları yarım və yarımçıq qalıb…

Nəşi 4 gün sonra Yeni Günəşli qəbiristanlığında torpağa tapşırılıb…

Evin-ailənin ikinci oğlu olan Ceyhun isə 1973-cü ilin sentyabr ayının 14-də dünyaya gəlib…

O da Ağdamda oxuyub, orta təhsil alıb…

Sonra indiki Dövlət Neft və Sənaye Universitetinə daxil olub…

Və 3-cü kursda oxuyarkən təhsilini yarımçıq qoyaraq, o da qardaşı Hilal kimi Qarabağının, doğma Ağdamının müdafiəsinə qalxıb, Birinci Qarabağ Müharibəsində iştirak edib…

Qəhrəmanlıqlara imza atıb, ölümlərdən dönüb…

Və cəmi 20 yaşında, 1973-cü ilin yanvar ayının 24-də Qaraqayada qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi isə bir gün sonra, yanvarın 25-də Ağdam Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

20 yaşında Şəhidlik məqamına ucalan Ceyhun həm də subay olub…

Bu gün kiçik və yeganə qardaşları Elmirin övladı Şəhid Ceyhunun adını daşını daşıyır, adını yaşadır…

Torpağı sanı yaşasın, ruhu köməyi olsun!

Onu da qeyd edim ki, bu günə kimi Şəhid və Qazi Kərimov qardaşları heç bir medal və ordenlə təltif olunmayıblar…

Anası Rəxşəndə xanım isə övladlarının, xüsusilə, Ceyhunun medal və ordenlə təltif olunmasını istəyir…

İki saata yaxın davam edən ziyarətim(iz)in sonunda bir daha Kərimovlar ailəsinə, Rəxşəndə xanıma və Elmirə Allahdan səbr və dözüm arzulayaraq, sağollaşıb, onlardan ayrıldım…

Allah Kərimov qardaşlarının, Ceyhun və Hilal Kərimovların məqamlarını Uca, dərgahlarını mübarək etsin!

İkisi də Nurlar içində uyusunlar!

Fəxrimiz, Qürurumuzdurlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 35 ailə Füzuliyə-YOLA SALINDI – FOTO

Read Next

Küləyin sürəti güclənəcək, çaylardan sel keçəcək-XƏBƏRDARLIQ EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir