Daha 35 ailə Füzuliyə-YOLA SALINDI – FOTO

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Etikxeber.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə – 138 nəfər köçürülüb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Etikxeber.az

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

Read Previous

“Hər dəfə evlənməkdən, ailə qurmaqdan söhbət düşəndə, “ana, 30 yaşımda bu barədə fikirləşərəm…”-deyərdi…”-CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜ, 33 YAŞI TAMAM OLAN, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, SUBAY, 3 MEDALLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN QƏHRƏMANOVUN ANASI ARZU QƏHRƏMANOVA – FOTOLAR – YENİLƏNİB

Read Next

Ali təhsilini yarımçıq qoyan, Vətən yolunda Şəhid olan Ceyhun Kərimov və ali təhsilli, cəmi 26 yaşında faciəli şəkildə həyatanı itirən Hilal Kərimov-İGİD, QƏHRƏMAN, VƏTƏN SEVDALISI-AĞDAMLI KƏRİMOV QARSDAŞLARI… VƏ YA ÜÇ OĞLUNDAN, ÜÇ ÖVLADINDAN İKİSİNİ İTİRƏN RƏXŞƏNDƏ ANANIN KƏDƏRLİ HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir