Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Qərbi Azərbaycanlı, Zəngəzurlu, özü isə Bakı, Suraxanı doğumlu olan İkinci Vətən Müharibəsi Şəhidi Orxan Səlvər oğlu Qəhrəmanovun doğum günüdür.
Bu gün Orxan Qəhrəmanovun 33 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün-28 mart 2024-cü il tarixində, axşam saatlarında Şəhidin Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Məzarını ziyarətdən sonra “Nur” Mərasim Evində Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan-iftar süfrəsi açılıb.
Bir daha ruhuna dualar olunub, ailəsinə, anası Arzu Qəhrəmanovaya Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclisdə ailə üzvləri, yaxınları, Bakılı Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Orxan Qəhrəmanov 1991-ci ilin martın 28-də Bakı şəhərində, Suraxanı rayonunda dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub.
İki yaş ondan böyük, 1989-cu il təvvəllüdlü böyük qardaşı ailəli, iki övlad atasıdır.
Orxan 104 saylı Suraxanı rayon tam orta məktəbində təhsil alıb.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə çağırılıb, Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib.
Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.
Bərbərliklə məşğul olub.
İkinci Vətən Müharibəsindən 6 gün öncə, 2020-ci il sentyabr ayının 21-də səfərbərliyə cəlb olunub
Və sentyabrın 27-də İkinci Qarabağ Savaşının başlaması ilə döyüşlərə, Vətənin müdafiəsinə atılıb.
Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib.
Axırıncı dəfə anası ilə oktyabrın 17-də, qardaşı ilə oktyabrın 19-da danışıb.
Müharibənin 25-ci günündə, oktyabrın 21-də isə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 3 gün sonra, ayın 24-də ailəsinə təhvil verilib və oktyabrın 25-də Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla – “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasın görə” medalları ilə təltif olunub.
Anası həm də övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
31 yaşında Şəhidlik məqamına ucalsa da, Orxan subay olub.
Anası dəfərlə evlənməsində, ailə qurmasında israr etsə də, Orxan hər dəfə “30 yaşımda bu barədə fikirləşərəm…”-deyib…
Qeyd edək ki, Orxanın əmisi də itkin Şəhidlərimizdəndir.
Əmisi Camal Qəhrəmanov 1994-cü ildə, Birinci Qarabağ Savaşı zamanı itkin düşüb, Şəhid olub.
Əmisi Camalın adını isə Orxanın qardaşı oğluna qoyublar.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirəm!
Nur içində yatsın!
22:50
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az