Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Lerik rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vidadi Cəbrayıl oğlu Cabbarovun doğum günüdür.
Bu gün Vidadi Cabbarovun 27 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı və atası tərəfindən Piran kəndində tikdirilmiş “Şəhidlər” xatirə kompleksi ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, Şəhidin Cənnətdəki dördüncü doğum günü təbrik ediləcək.
Ziyarətdən sonra Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənəcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar olunacaq.
Etikxeber.az xəbər verir ki, Vidadi Cabbarov 1997-ci ilin mart ayının 28-də Lerik rayonunun Piran kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki oğlan övladından, iki qardaşdan biri və subay olub.
Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra bir müddət rayondakı müəssisələrdən birində işləyib.
Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb, “Gizirlik” kursunu oxuyub, Gizir hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Giziri kimi iştirak edib.
Şərəfli döyüş yolu 24 gün çəkib və və oktyabr ayının 20-də Qubadlı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra-21 oktyabr tarixində Piran kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Vidadi eyni zamanda, Piran kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Şəhidliyindən sonra 4 medalla təltif edilib, amma valideynləri övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 27 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az