ANAMA-nın əməkdaşı minaya düşdü-AĞIR BƏDƏN XƏSARƏTLƏRİ ALDI…

Baş Prokurorluq ANAMA-nın əməkdaşının Ağdamda minaya düşməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumatda bildirilib ki, avqustun 6-da saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Etikxeber.az

Read Previous

5 gün sonra 26 yaşı tamam olacaq Şəhid Cəmil Həşimlinin torpağa tapşırılmasından-10 AY KEÇİR…

Read Next

“Bir müddət sonra Makron yenə ermənilərə simpatiyasını israr edən açıqlama verəcək”-ELXAN ŞAHİNOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir