5 gün sonra 26 yaşı tamam olacaq Şəhid Cəmil Həşimlinin torpağa tapşırılmasından-10 AY KEÇİR…

Bu gün, 6 avqust tarixində Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Həşimlinin torpağa tapşırılmasından 10 ay ötür.

Etikxeber.az xəbər verir ki, ailənin 3 övladından, 3 qardaşdan biri olan Cəmil Həşimli 2020-ci ilin oktyabrın 5-ində Füzuli-Əbdürrəhmanlı istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.

Nəşi Kürdəmirə gətirilərək, oktyabrın 6-sında Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

İgidliyinə, Qəhrəmanlığına görə, ölümündən sonra medalla təltif olunub.

Qeyd edək ki, Şəhidimizin qardaşı-ali təhsilli Mərahim Həşimli də İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qazilərimizdəndir.

Həmçinin, Şəhidimizin kiçik qardaşı-ali təhsilli və idmançı Cavid Həşimli  bir müddət öncə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa vuraraq, evinə, ailəsinə dönüb.

Həmçinin qeyd edək ki, 5 gün sonra, avqustun 11-ində Cəmil Həşimlinin növbəti ad günüdür.

Bu, onun Cənnətdəki-Cənnətindəki ilk doğum günüdür.

Avqustun 11-ində Cəmil Həşimlinin 26 yaşı tamam olacaq.

Həmin gün Kürdəmirdən və Azərbaycanın digər bölgələrindən olan Şəhid ailələri Cəmil Həşimlinin ailəsini və məzarını ziyarət edəcəklər.

Ziyarətdən sonra tədbir keçiriləcək, ehsan süfrəsi açılacaq.

Cəmil Həşimli həm də subay olub.

Allah Şəhidimizin məkanını cənnətlik etsin, ailəsinə səbrlər versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

UEFA Konfrans Liqası: AEL-“QARABAĞ” – 1:1 – KİPRLİ AZERKEŞLƏR TƏRƏFİNDƏN “QARABAĞ”A HÖRMƏTSİZLİK VƏ TƏRBİYƏSİZLİK… YENİLƏNİB – (4)

Read Next

ANAMA-nın əməkdaşı minaya düşdü-AĞIR BƏDƏN XƏSARƏTLƏRİ ALDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir