UEFA Konfrans Liqası: AEL-“QARABAĞ” – 1:1 – KİPRLİ AZERKEŞLƏR TƏRƏFİNDƏN “QARABAĞ”A HÖRMƏTSİZLİK VƏ TƏRBİYƏSİZLİK… YENİLƏNİB – (4)

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Etikxeber.az xəbər verir ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olacaq.

Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.

Artıq komandaların start heyətləri açıqlanıb.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

AEL heyətində meydana Vozinya, Andrey Teişeyra, Bruno Santos,Kire Ristevski, Robert Mazan, Slobodan Medoyeviç, Davor Zdravkovski, Sito Riera, Stefan Scepoviç, Manuel Torres və Euller çıxacaqlar .

“Qarabağ” klubu əvvəlki mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırıb. AEL isə Albaniyanın “Vlajniya” klubundan üstün olub.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

17:00

***

AEL-“Qarabağ” matçının birinci hissəsi başa çatıb.

Larnaka şəhərindəki “AEK Arena”da keçirilən görüşün ilk hissəsində hesab açılmayıb.

22:03

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab 0:0-dır.

22:10

***

Oyunda hesab açılıb.

Ev sahibləri 1:0 önə keçiblər.

22:32

***

Oyunda hesab bərabərləşib.

93-cü dəqiqədə “Qarabağ” komandası fərqlənib və hesab 1:1 olub.

Sonra oyunda gərginlik yaranıb.

AEL-in azerkeşləri tərəfindən “Qarabağ” komandasına qarşı təhqirlər səsləndirilib və oyun yarımçıq dayandırılıb.

23:04

***

Bir neçə dəqiqəlik fasilədən sonra oyun davam etdirilib.

Hesab hələlik 1:1-dir.

23:11

***

Oyun elə 1:1 hesabı ilə də başa çatıb.

Etikxeber.az

Read Previous

Yoluxma sayı mini keçdi-DAHA 4 ÖLÜM…

Read Next

5 gün sonra 26 yaşı tamam olacaq Şəhid Cəmil Həşimlinin torpağa tapşırılmasından-10 AY KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir