Yoluxma sayı mini keçdi-DAHA 4 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib, aktiv xəstə sayı 9118 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 046, ötən müddət ərzində isə ümumilikdə 4 083 746 test aparılıb.

Etikxeber.az

Read Previous

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

UEFA Konfrans Liqası: AEL-“QARABAĞ” – 1:1 – KİPRLİ AZERKEŞLƏR TƏRƏFİNDƏN “QARABAĞ”A HÖRMƏTSİZLİK VƏ TƏRBİYƏSİZLİK… YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir