“Aqrar sığorta haqqında” qanun layihəsi sonuncu oxunuşda – 3 DÖVLƏT QURUMU VAHİD MÖVQEYƏ GƏLƏCƏKMİ VƏ YENİ SƏNƏD İŞLƏYƏCƏKMİ?

Bu gün Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin növbəti iclasında 4 məsələ, mövcud qanunlara bir sıra dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirə olunacaq.

Etikxeber.az-ın əldə etdiyi məlumata görə, iclasda müzakirə mövzusu olacaq məsələlərdən biri  də “Aqrar sığorta haqqında” yeni qanun layihəsinin üçüncü-sonuncu oxunuşudur.

Qeyd edək ki, birinci oxunuşdan sonra qanun layihəsində millət vəkillərinin irad və təklifləri nəzərə alınaraq, bir sıra düzəlişlər edilib.

İkinci oxunuşdan sonra qanun layihəsinə hansı dəyişikliklər edildiyi isə hələlik məlum deyil.

Onu da qeyd edək ki, qanun layihəsini 3 qurum – Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası birlikdə hazırlayıb.

Eyni zamanda, Prezident Administrasiyasının (PA) müvafiq şöbəsi, MM-in aidiyyəti komitəsi və Dövlət Sığorta Şirkəti də qanun layihəsinin hazırlanmasında bu və ya digər dərəcədə iştirak ediblər.

Amma maraqlıdır ki, qanun layihəsini hazırlayan 3 qurum arasında müəyyən məsələlərlə bağlı fikir ayrılıqları var və bunlar qanun layihəsinin komitələr çərçivəsində ilkin oxunuşunda  diqqətdən yayınmayıb.

Hətta, Aqrar siyasət komitəsinin, eləcə də, qanun layihəsinin müzakirə olunduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri bu fikir ayrılıqlarına etirazlarını bildirib, müvafiq qurumları şəxsi maraqları bir kənara qoyub, vahid mövqedən çıxış etməyə  və qanun layihəsinin gələcəkdə işləkliyinə töhfə verməyə çağırıblar.

meclis-5

Bununla belə, ikinci oxunuşun müzakirələrində də  fikir ayrılıqlarının müəyyən qədər qaldığı məlum olub.

Bu yerdə xatırladaq ki, 2002-ci ildə qəbul olunmuş mövcud qanun aidiyyatı orqanların, xüsusilə, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərliklərinin səhlənkarlığı, həmçinin, ölkədə sığorta bazarının o dövrlərdə oturuşmaması səbəbindən işləməmiş və iş adamları, fermerlər üçün bir sıra problemlərin yaranmasına səbəb olmuşdu.

Yeni qanun layihəsi də məhz bu zərurətdən meydana çıxmışdı.

Ancaq yeni qanun layihəsinin hazırlanmasında iştirak edən dövlət qurumlarının hələ də bəzi məsələlərdə fikir ayrılıqlarında olması  sənədin iyunun 28-də plenar iclasda sonuncu oxunuşda qəbulundan və imzalanaraq, hüquqi qüvvəyə minməsindən sonra işləyib-işlməyəcəyini yenə sual altında qoyur.

Yəni, yeni sənədi də köhnə qanunun taleyi gözləyə bilər.

Necə deyərlər, yaşayarıq, görərik.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb” – SAHİBƏ QAFAROVA

Read Next

QDİƏT PM-in 53-cü Baş Assambleyası öz işinə başlayır – MİLLİ MƏCLİSDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir