“ASAN Həyat” kompleksinin açılmasının insanlarımız üçün əhəmiyyətini saymaqla bitməz…” – DEPUTAT YAZDI

Tovuz üçün ən vacib layihələrdən biri də gerçəyə çevrildi.

“ASAN Həyat” kompleksinin cənab Prezidentimizin içtirakı ilə yüksək süəviyyədə açılışı oldu.

Düşünürəm ki, regionlardakı ən yaxşı “ASAN Həyat” komplekslərindən biri məhz Tovuzda açıldı.

“ASAN Həyat” kompleksinin Tovuzda açılmasının insanlarımız üçün əhəmiyyətini saymaqla bitməz.

Tovuzluları təmsil edən millət vəkillərindən biri olaraq istər Milli Məclisdə, istərsə də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə görüşlərimdə Tovuzluların bu xahişini tez-tez diqqətə çatdırmağa çalışırdım.

Cənab Prezidentimizə təşəkkür edirik ki, ön cəbhə rayonlarımızdan biri olan Tovuz sakinlərinin xahişini nəzərə alaraq qısa zamanda Tovuzda belə gözəl və önəmli bir kompleksin fəaliyytə başlaması üçün göstərişlərini verdi.

Sakinlərimiz adından və öz adımdan cənab Prezidentimizə, o cümlədən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təşəkkürümü bildirirəm.

Tovuzumuz üçün xeyirli-uğurlu olsun.

İnsanlarımız üçün həddindən artıq önəmli idi “ASAN Həyat” kompleksinin Tovuzda fəaliyyəti.

İlk öncə vətəndaşlarımıza yüksək xidmət üçün və təbii ki, eyni zamanda, yeni iş yerlərinin yaradılmasına da vəsilə oldu.

Və nə qədər istedadlı və savadlı gənclər iş imkanı qazandı.

By gün həyatımdakı ən gözəl günlərdən biridir.

Çünki cənab Prezindentimiz Tovuzda bir çox önəmli açılışları həyata keçirdi ki, bu Tovuz üçün çox vacibdir.

Eyni zamanda, bu səfər, insanlarımızla görüşlər bir sıra problemlərin də qısa zamanda həllini tezləşdirəcək, inşallah!

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Aşıq Sənəti Dövlət Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyinin Tovuzda yaradılması bizim hamımızın arzusu idi…” – QƏNİRƏ PAŞAYEVA PREZİDENTƏ TƏŞƏKKÜR ETDİ

Read Next

İdman yarışları və tədbirləri-TAMAŞAÇILARSIZ OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir