Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün AŞPA-nın büro iclasında Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) azərbaycanlı namizədin məsələsinə baxılıb.
Etikxeber.az-ın APA-nın Avropa bürosuna istinadən verdiyi məlumata görə, səsvermə nəticəsində Lətif Hüseynovun namizədliyi təsdiqlənib.
Qeyd edək ki, Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voysex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.
Bundan əvvəl 2 dəfə – ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPAAzərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.
Etikxeber.az