AVRO-2020: VI tura start verildi – NƏTİCƏLƏR

AVRO-2020-nin seçmə mərhələsində VI tura start verilib.

Etikxeber.az xəbər verir ki,  VI turda üç qrupda 8 oyun keçirilib.

D qrupunda İsveçrə Cəbəllütariqə qalib gəlib. Danimarka isə Gürcüstanla qarşılaşmada xal itirib.

 F qrupunda İspaniya 6-cı qələbəsini autsayder Farer adaları üzərində qazanıb. Rumıniya isə Maltanı bir qolla üstələyib. İsveçlə Norveç arasında matçda qalib müəyyənləşməyib.

J qrupunda liderlər üz-üzə gəlib. Finlandiyanın qonağı olan İtaliya səfərdə çətin qələbə əldə edib. Yunanıstan Lixtenşteyn görüşündə sensasiya qeydə alınıb. Sonuncular ilk qolla ilk xala seviniblər. Ermənistan isə Bosniya və Herseqovinanı məğlubiyyətə uğradıb.

Qeyd edək ki, VI turun digər oyunları sentyabrın 9-10-da keçiriləcək.

AVRO-2020-nin seçmə mərhələsi

VI tur

8 sentyabr

D qrupu
20:00. İsveçrə – Cəbəllütariq – 4:0

Zakaria, 37, Mehmedi, 43, Rodriges, 45, Qavranoviç, 87
20:00. Gürcüstan – Danimarka – 0:0

1 İrlandiya 5 3 2 0 5-3 11
2 Danimarka 5 2 3 0 15-5 9
3 İsveçrə 5 2 3 0 10-4 9
4 Gürcüstan 5 1 1 3 4-8 4
5 Cəbəllütariq 5 0 0 5 0-16 0

Növbəti oyunlar oktyabrın 12-də keçiriləcək: Gürcüstan – İrlandiya, Danimarka – İsveçrə.

F qrupu
20:00. Rumıniya – Malta – 1:0

Puşkaş, 47
22:45. İsveç – Norveç – 1:1
Forsberq, 60 – Yohansen, 45
22:45. İspaniya – Farer adaları – 4:0
Rodriqo, 13, 50, Alkaser, 90, 90+2

1 İspaniya 6 6 0 0 17-3 18
2 İsveç 6 3 2 1 13-8 11
3 Rumıniya 6 3 1 2 13-7 10
4 Norveç 6 2 3 1 11-8 9
5 Malta 6 1 0 5 2-13 3
6 Farer adaları 6 0 0 6 3-20 0

Növbəti oyunlar oktyabrın 12-də keçiriləcək: Farer adaları – Rumıniya, Norveç – İspaniya, Malta – İsveç.

J qrupu
17:00. Ermənistan – Bosniya və Herseqovina – 4:2

Mxitaryan, 3, 66, Ambartsumyan, 77, Lonçar, 90 (avtoqol) – Dzeko, 13, Qoyak, 70
22:45. Yunanıstan – Lixtenşteyn – 1:1
Massouras, 33 – Salanoviç, 85
22:45. Finlandiya – İtaliya – 1:2
Pukki, 72 (pen.) – İmmobile, 59, Jorjinyo, 79 (pen.)

1 İtaliya 6 6 0 0 18-3 18
2 Finlandiya 6 4 0 2 8-4 12
3 Ermənistan 6 3 0 3 12-11 9
4 Bosniya və Herseqovina 6 2 1 3 12-11 7
5 Yunanıstan 6 1 2 3 7-10 5
6 Lixtenşteyn 6 0 1 5 1-19 1

Növbəti oyunlar oktyabrın 12-də keçiriləcək: Bosniya və Herseqovina – Finlandiya, Lixtenşteyn – Ermənistan, İtaliya – Yunanıstan.

 
Etikxeber.az

Read Previous

“2 girovumuzu əlimizdə olan eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini İrəvana təklif edək…” – POLİTOLOQ

Read Next

“Bəzi nazirlər, bəzi sabiqlər bir-birilə münasibətləri korlananda…” – TAHİR RZAYEV SABİQLƏRİ HƏRƏKƏTƏ GƏLMƏYƏ, SUSQUNLUĞA SON QOYMAĞA ÇAĞIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir