Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avropa Liqasında pley-off mərhələsinə start verilir.
Etikxeber.az xəbər verir ki, 1/16 final mərhələsində ən çox klubla təmsil olunan ölkə Portuqaliyadır.
Adıçəkilən ölkənin 4 təmsilçisi 1/8 final mərhələsi uğrunda mübarizə aparacaq.
“Böyük beşlik”dən İngiltərə, Almaniya və İspaniyanın 3, İtaliyanın isə 2 komandası Avropanın ən nüfuzlu ikinci klub turnirində iştirak edəcək.
“Qarabağ”ın yer aldığı qrupdan çıxan “Sevilya” Rumıniyada ÇFR-in qonağı olacaqsa, APOEL Kiprdə “Bazel”i qəbul edəcək.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Vulverhempton” “Espanyol”a qarşı ilk görüşü öz meydanında keçirəcək. Dadaşov ispanlarla matçda Premyer Liqa klubunun heyətində debüt edə bilər.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” isə “Sportinq”lə ilk duelinə Portuqaliyada çıxacaq.
Avropa Liqası
1/16 final, ilk oyunlar
20 fevral
21:55. ÇFR (Rumıniya) – “Sevilya” (İspaniya)
21:55. “Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)
21:55. “Ayntraxt” (Almaniya) – “Zalsburq” (Avstriya)
21:55. “Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya)
21:55. “Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya)
21:55. “Ludoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya)
21:55. “Şaxtyor” (Ukrayna) – “Benfika” (Portuqaliya)
21:55. “Sportinq” (Portuqaliya) – “Başakşəhər” (Türkiyə)
00:00. APOEL (Kipr) – “Bazel” (İsveçrə)
00:00. “Roma” (İtaliya) – “Gent” (Belçika)
00:00. “Alkmar” (Hollandiya) – LASK (Avstriya)
00:00. “Bayer” (Almaniya) – “Portu” (Portuqaliya)
00:00. “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
00:00. “Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya)
00:00. “Volfsburq” (Almaniya) – “Malmö” (İsveç)
00:00. “Vulverhempton” (İngiltərə) – “Espanyol” (İspaniya)
Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları fevralın 26-27-də keçiriləcək.
Etikxeber.az