“Azərbaycan marşrutu İran üçün etibarlı və təhlükəsiz istiqamətdir” – NAZİR

“Azərbaycan marşrutu İran üçün etibarlı və təhlükəsiz istiqamətdir”.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii söyləyib.

İranlı nazir deyib ki, nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi sahəsində böyük işlər görülür, birgə layihələr reallaşdırılır: “Hazırda Rəşt-Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin çəkilməsi üzərində iş gedir. Bu, həm ölkələrimizdə yeni iş yerlərinin açılmasına, həm də insanların bu marşrutlardan faydalanmasına, gəlir əldə etməsinə səbəb olacaq. Eyni zamanda, dənizdə sərnişin və yük daşımaları sahəsində əməkdaşlıq üçün real imkanlar var”.

Ə. Həsənov isə bildirib ki,  İranla Azərbaycan arasında əlaqələr günbəgün inkişaf edir: “İran dövləti və xalqı bizim üçün dost və qardaşdır. Həm dinimiz birdir, eyni zamanda, dilimiz, adət-ənənələrimiz, tariximiz, mədəniyyətimizdə çox oxşarlıqlar var”.

Görüşdə ölkələrimiz arasında iqtisadi, humanitar əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Etikxeber.az

Read Previous

Azərbaycan ilə Çexiya arasında hökumətlərarası komissiyanın 4-cü iclası keçiriləcək

Read Next

Dolların sabaha olan məzənnəsi açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir