Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünyada, eyni zamanda, ölkəmizdə Covid-19 pandemiyasına yoluxmalar başlandığı gündən bəri ölkə və xalq olaraq bu böyük bəladan ən az itki və ən az ziyanla qurtula bilməyimiz üçün Azərbaycan dövlətinin, şəxsən Prezident cənab İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyevanın bir başa dəstəkləri və göstərişləri ilə həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər siyahısına bu gün daha biri əlavə edildi. Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı oldu.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.
Qeyd edib ki, dövlət başçısı 10 korpuslu, 800 yerlik xəstəxananın açılışında iştirak etdi.
“Daha sonra ölkə mediasına geniş və proqram xarakterli müsahibə verdi. Hər zaman olduğu kimi, ən çətin, ən mümkünsüz olan şəraitdə belə öz insanını, ölkənin bütün vətəndaşlarını qorumaq, onları himayə etmək əzmində və iqtidarında olduğunu bir daha nümayiş etdirdi, hətta, ölkə hüdudlarından kənara çıxaraq, bir çox dünya ölkələrinə də bu mərhələdə köməyimizi əsirgəmədiyimizi açıqladı”-deyə, millət vəkili sonra qeyd edib.
J. Əliyeva onu da xatırladıb ki, Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır.
“Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır…”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.
21:18
Etikxeber.az