Kişineuda Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi oldu-MİŞEL AÇIQLAMA VERDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Kişineuda “Avropa siyasi birliyi”nin (APC) 2-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, görüş Mimi qəsrində keçirilir.

***

İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş başlayıb.

Bu barədə isə AZƏRTAC məlumat yayıb.

18:20

***

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında keçirilmiş qeyri-rəsmi görüşün yekunlarına dair mətbuata açıqlama verib.

Şarl Mişel açıqlamasında deyib:

– Biz indicə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə çox yaxşı görüş keçirdik. Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq oldu. Bu o deməkdir ki, biz çox gərgin çalışırıq.

Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik və həmçinin bəyan etdik ki, Prezident Əliyevi, Baş nazir Paşinyanı, Kansler Şoltsu və Prezident Makronu “Avropa siyasi birliyi”nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindəyik.

Bu o deməkdir ki, biz Avropa İttifaqı tərəfindən münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə nail olmağa yardım etmək üçün əlimizdən gələni edəcəyik.

Etikxeber.az

Read Previous

Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribovanın təşəbbüsü və təşkilatçılığı ilə-BƏRDƏDƏ 1 İYUN-UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR DÜZƏNLƏNDİ, ŞƏHİD, QAZİ UŞAQLARI SEVİNDİRİLDİ, ONLARA HƏDİYYƏLƏR TƏQDİM OLUNDU…- FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Mənə ikinci qrup əlillik düşsə də, hələ də bu məsələ öz müsbət həllini tapmayıb, çox yorulmuşam…”- TOVUZLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, AİLƏNİN TƏK OĞLU, İKİ ÖVLAD ATASI, 3 MEDALLI-QAZİ ƏHMƏD AZAD OĞLU ALIYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir