Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribovanın təşəbbüsü və təşkilatçılığı ilə-BƏRDƏDƏ 1 İYUN-UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR DÜZƏNLƏNDİ, ŞƏHİD, QAZİ UŞAQLARI SEVİNDİRİLDİ, ONLARA HƏDİYYƏLƏR TƏQDİM OLUNDU…- FOTOLAR – YENİLƏNİB – (1)

Bərdəli (həm də Bakılı-Suraxanılı) İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin anası Mehparə Qəribovanın təşəbbüsü ilə daha bir tədbir möhtəşəm düzənlənib.

Tədbir 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub və bu gün Bərdə rayon Mədəniyyət Mərkəzində baş tutub.

Tədbirin dəstəkçisi isə Bərdə Regional Mədəniyyət İdarəsi olub.

Etikxeber.az xəbər verir ki, iki yüzə yaxın insanın-Şəhid və Qazi övladlarının, Şəhid və Qazi yaxınlarının, eləcə də digər iştirakçıların qatıldığı tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra tədbirdə çıxışlar edilib, tədbirin təşəbbüskarına və təşkilatçılarına minnətdarlıq ifadə olunub.

Şəhid Fəxri Qəribzadənin anası, tədbirin təşəbbüskarı və təşkilatçılarından olan Mehparə Qəribova 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bütün Azərbaycan uşaqlarını, xüsusilə, Şəhid və Qazi övladlarını təbrik edib.

Qeyd edib ki, belə bir gündə uşaqlarla bağlı tədbirin keçirilməsi, Şəhid və Qazi balalarının sevdirilməsi ilk növbədə Şəhid ruhlarını sevindirir və sevindirəcək.

“Çünki Şəhidlərimiz məhz sabahımız, gələcəyimiz adlandırdığımız uşaqların sakit, azad, dinc, əmin-amanlıq şəraitində yaşamaları üçün öz canlarından, qanlarından keçdilər. Allah Şəhidlərimizin məqamlarını Uca etsin, Qazilərimizə isə can sağlığı versin! Biz hər şeyə görə onlara borcluyuq”-deyə, Şəhid anası sözlərinə əlavə edib.

Tədbirin təşkilatçılarından, eləcə də hər zaman Şəhid və Qazi ailələrinin yanında olan Yasin Mustafayev də çıxış edərək, tədbir iştirakçılarına, ilk növbədə uşaqlara gözəl bir gün keçirmələrini arzulayıb.

Tədbirdə mahnılar, musiqilər, rəqs nömrələri ifa olunub, şeirlər səsləndirilib.

Klounlar, panda tədbirə xüsusi ab-hava, rəng qatıb, qələbəlik yaradıblar.

Həmçinin, Mingəçevir Dövlət Dram Teatrı tərəfindən hazırlanmış kukla tamaşası nümayiş etdirilib.

Həm uşaqlar, həm də digər tədbir iştirakçıları sevindirilib.

Tədbirdə həmçinin, uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, hədiyyələr ABŞ-dan gətirilib, “Samaritans purse” xeyriyyə təşkilatı tətəfindən uşaqlara hədiyyə olaraq, göndərilib.

Hədiyyələrin paylanmasında, uşaqlara təqdim olunmasında isə bu məsələdə xüsusi rolu və zəhməti olan “Samaritans purse” təşkilatının könüllü xidmətçisi Aqil müəllim (Əliyev) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Asif müəllim iştirak edib.

Onlar uşaqları 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, sonra hədiyyələri təqdim ediblər.

Tədbir iki saatdan çox davam edib.

14:48

***

FOTOLAR:

17:48

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Prezidenti “Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində-İŞÇİ LANÇDA – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Kişineuda Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi oldu-MİŞEL AÇIQLAMA VERDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir