“Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və iftixarda bir və bərabər olub, bundan sonra da olacaq”-AKAR

Türkiyə ilə Azərbaycan eyni millətdir, eyni din, dil və mədəniyyətə sahibdir.

Etikxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib.

Təlimlərdə iştirak edən hərbçilərə təşəkkürünü bildirən Z. Həsənov qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir və bu bizim şansımızdır.

“Şansımız budur ki, güclü ordu ilə təcrübə paylaşırıq. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib – Suriyada, İraqda, Liviyada… İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri də öz vəzifəsini yerinə yetirəcək. Millətimizin silahlı qüvvələrinin də zamanı gələndə öz vəzifəsini yerinə yetirəcəyinə əminəm”-deyə, o, sonra qeyd edib.

“İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət, həyəcan duymaqdayıq”.

Bunu isə Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O, qeyd edib ki, bizim tariximiz, dilimiz, ürfanımız, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir.

“Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasında münasibətlər həqiqi qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün vaz keçilməzdir. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və iftixarda bir və bərabər olub, bundan sonra da olacaqdır. Bundan heç kimin şübhəsi olmasın. Geopolitik problemlərin, terrorun, qanunsuz miqrasiyanın və təhlükəsizlik qayğılarının sürətlə artdığı bir vaxtda Türkiyə və Azərbaycanın əməkdaşlığı son dərəcə əhəmiyyətlidir. Bu səbəblə can qardaşımız Azərbaycanla hər sahədə davam edən sağlam münasibətlərimizi daha da inkişaf etdirmək üçün çalışmalarımız artaraq davam etməkdədir. Türkiyə və Azərbaycan, köklü tarixi, dinamik əhalisi, hər ötən gün böyüyən iqtisadiyyatı və güclü ordusu ilə Qafqazda və bölgəmizdə sülh və istiqrarın qarantı olmaya davam edəcəkdir. İcra edilən təlimlər də səylərimiz bir göstəricisidir”-deyə, Akar sözlərinə əlavə edib.

Çıxışların ardından Türkiyə və Azərbaycanın Müdafiə nazirləri Hulusi Akar və Zakir Həsənov təlimlərdə fərqlənənləri təbrik edərək, xatirə hədiyyələri təqdim ediblər.

Etikxeber.az

Read Previous

Bu yolda xətlənmə işləri-APARILACAQ…

Read Next

“Rusiyanın Ermənistanı silahlandırması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir…Bu, əsla yolverilməzdir”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir