“Azəriqaz” indi də Şəmkirlə Lənkəranı qazsız qoyur…

Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.

“Azəriqaz” İB-dən Etikxeber.az-a verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək.

Bu gün həmçinin saat 10:00-dan 18:00-dək Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

Etikxeber.az

 

 

Read Previous

UEFA Super Kubokunun final görüşü keçiriləcək – BU GÜN

Read Next

“Azarkeşlərin “APOEL”ə hücüm çəkməsilə bağlı məlumatlar həqiqət deyil” – BŞBPİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir