“Bələdiyyələrin əksəriyyətinin sərbəst maliyyə vəsaiti olmadığı üçün bələdiyyə-istehsal müəssisələrini açmaq mümkün olmur”-JALƏ ƏLİYEVA BƏLƏDİYYƏLƏRLƏ VƏ TƏMSİLÇİSİ OLDUĞU DAİRƏ İLƏ BAĞLI ÖNƏMLİ TƏKLİFLƏRİ SƏSLƏNDİRDİ – VİDEO

Bələdiyyələrlə bağlı olaraq müzakirə etməkdə olduğumuz 4 qanun layihəsinə əlavə və dəyişikliklərə səs verəcəyəm. Eyni zamanda, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və effektivliyini artırmaq baxımından əhəmiyyətli hesab etdiyimuz bir neçə məsələni diqqətə çatdırmaq istəyirəm. Bələdiyyədə vergi ödəyicilərinin qeydiyyatı aparılmalıdır. Amma qeydiyyata düşməyənləri buna təşviq etmək mexanizmi yoxdur. Eyni sözləri vergi və yığımlar haqqında da demək olar. Qanunla fiziki şəxslər əmlak və torpaq vergilərini bələdiyyələrə ödəyirlər. Amma ödəmələr baş tutmadıqda, məsələ məhkəmənin predmetinə çevrilir ki, bu da vaxt aparan prosesdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Qeyd edib ki, nəticədə yenə də bələdiyyəyə daxilolmalar azalır, bələdiyyə öz fəaliyyətini arzuedilən səviyyədə qura bilmir.

“Digər bir məsələ ayrı-ayrı istehsal sahələri ilə bağlı bələdiyyə müəssislərinin yaradılmasıdır. Bu istehsal müəssisələrinin açılması xüsusilə kənd ərazilərində əlavə iş yerlərinin yaradılmasına və əhalinin gəlirlərinin artmasına səbəb ola bilər. Amma bələdiyyələrin əksəriyyətinin sərbəst maliyyə vəsaiti olmadığı üçün bu müəssisələri açmaq mümkün olmur. Daha sonra toxunmaq istədiyim digər bir məsələ karantin rejimində bələdiyyələrin fəaliyyətinə dəstəklə bağlıdır. Belə ki, karantin dövründə zərər çəkən qurumlardan biri də bələdiyyələrdir. Deputatı olduğum rayonlardan (söhbət Zərdabdan və Ucarın bir neçə kəndindən gedir-red) aldığım məlumatları ümumiləşdirərək, bir neçə fikrimi səsləndirəcəyəm.

Məlumdur ku, vergilər bələdiyyələrin maliyyəsinin əsasıdır, bu dövrdə vergi yığımının təşkili çətinləşib, bu maliyyə durumu zatən yaxşı olmayan bələdiyyələrin işinə birbaşa təsir göstərib. Əksər bələdiyyələrin əmək haqqı ilə hesablaşmalar üzrə borcları var. Karantin dövründə bələdiyyələrin bəzi işçiləri işləyib, bəzləri yaş həddinə görə işə gəlməyib. Nəticədə movcud borca və daxilolmaların azalmasına görə, onlara əmək haqqı ödəmək çətinləşib. Bu səslındirdiyim təkliflərin nəzərə alınmasını xahiş edirəm”-deyə, millət vəkili sonra vurğulayıb.

Etikxeber.az

Read Previous

“Orta məktəblərdə “Həyat bilgisi” dərsliyində ilkin tibbi yardımla bağlı dərslər keçirilsin”-QƏNİRƏ PAŞAYEVA

Read Next

“Kremlin yeni “Ermənistan planı” var…”-POLİTOLOQUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir