Bakıda 42, bəzi rayonlarda 44 dərəcə isti gözlənilir-SABAH

Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yagmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 18-23° isti, gündüz 29-34° isti olacaq.

Etikxeber.az

Read Previous

“Arif həm musiqi, həm boks, həm rəssamlıq, həm də dərziliklə məşğul olurdu…Hər şey yarım-yarımçıq qaldı…”-22 YAŞINDA, 1992-Cİ İLİN YAYINDA VƏTƏN YOLUNDA CANINI FƏDA EDƏN BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ ARİF BƏXTİYAR OĞLU ALLAHVERDİYEVİN BACISI SEVİNC ALLAHVERDİYEVA – FOTOLAR

Read Next

Azərbaycan Ordusunun Kəlbəcər, Ağdam və Xocavənddəki mövqeləri atəşə tutulub-MN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir