Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakının Buzovna qəsəbəsində yerləşən “Favorit” marketdə yanğın baş verib.
Etikxeber.az xəbər verir ki, hadisə nəticəsində zərərçəkənlər var.
Səhiyyə Nazirliyindən mətbuata verilən məlumata görə, hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib.
“Hadisə nəticəsində 4 nəfər hospitalizasiya edilib. İki qadın və bir kişi 1 saylı Kliniki Tibbi Mərkəzə, daha bir qadın isə qıcolma ilə 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə yerində yardım göstərilib”-deyə, sonra bildirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda isə bildirilir ki, yanğın Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir. Binada olan insanlar təxliyə edilib.
Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.
***
“Zagulba Mall” ticarət mərkəzində baş vermiş yanğın zamanı daha iki nəfərdə zəhərlənmə əlaməti müşahidə olunub.
Səhiyyə Nazirliyindən verilən digər məlumata görə, FHN-in yanğından mühafizə əməkdaşlarından ikisi yanğının qarşısı alınan zaman tüstüdən zəhərlənib.
Onlar təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb.
***
Buzovnada ticarət mərkəzində baş vermiş yanğın zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Bunlar satıcı işləyən 19 yaşlı Məmmədzadə Tahirə Fariz qızı, 24 yaşlı Mirzəyev Əmrah Əmralı oğlu, 18 yaşlı Kazımova Aytən Şahin qızı, 24 yaşlı Abdullayeva Zeynəb Tövsi qızı, 30 yaşlı Abbasova Səadət Hikmət qızı, habelə FHN işçiləri – 38 yaşlı Səxavət Quliyev və 26 yaşlı Mahir Əliyevdir.
Etikxeber.az