“Biz bununla hara gedirik?!” – DEPUTATDAN ETİRAZ

“Büdcəmiz dünyada gedən reallıqları əks etdirir. O, çox təmkinli, çox təkmil və yüksək professionallıqla hazırlanıb. Biz bunu başa düşməliyik”

Etikxeber.az xəbər verir ki,  bunu büdcə zərfinə daxil olan qanun layihələrinin Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında müzakirəsi zamanı millət vəkili Elmira Axundova deyib.

Millət vəkili  sonra Azərbaycanda çox peşəkar və çox gözəl həkim ordusunun olduğunu deyərək, onların məvaciblərinin azlığından şikayətlənib:

“Poliklinikada çalışan tibb bacısının maaşı 110-120 manatdır. Yüksək savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Biz bununla hara gedirik?! Xaricdə təhsil alan tələbələrimiz-həkimlərimiz Azərbaycana dönmək istəmirlər. Onlar öz sahələrinin uzmanıdırlar və deyirlər ki, bura dönsələr cəmi 250-300 manat alacaqlar…Bu, çox acınacaqlı bir haldır…Nəticədə də ələbaxımlılıq, digər mənfi hallar yaşanır…Belə halları aradan qaldırmaq üçün də mütləq həkimlərin, səhiyyə işçilərinin məvacibləri artırılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Səməd Seyidov xarici ezamiyyə xərclərinin həcminin artırılmasını təklif etdi

Read Next

Səlim Müslümov: “6 ay içərisində bu prosesi yekunlaşdırmaq mümkündür…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir