“Bu çətin günlər də bizim üçün unudulmaz tarixdir, imtahandır…”-MM-İN KOMİTƏ SƏDRİ

Azərbaycan xalqı əsrlər boyu çox çətinlklərdən mətanətlə çıxıb, cəsarəti, əzmi ilə öz ömrünün, taleyinin, həyatının, dövrünün tarixini yazıb yaradıb. Bu çətin günlər də bizim üçün unudulmaz tarixdir, imtahandır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O, qeyd edib ki, həlli çətin olan, sorğu-suallı, müəmmalı imtahandır.

“Bu sınaqdan, imtahandan isə biz ancaq iradəmizlə, qayda qanunlara, deyilənlərə əməl etməyimizlə, koronavirus kimi bir bəlaya evimizdə oturub geniş yayılmasına imkan verməməyimizlə qalib çıxa bilərik. Səbrimiz, dözümümüz, qətiyyətimiz başqalarına nümunə, gələcək nəsillərə örnək ola bilər. Topla, tüfənglə, güclə qarşısı alına bilinməyən bir bəlanı biz birliyimizlə, həmrəyliyimizlə, ağıllı məsləhətlərə qulaq asmağımızla dəf edə bilərik. Vətəndaşlarımıza dözüm, birlik arzulayıram. Allah xalqımızı, vətənimizi qorusun”-deyə, komitə sədri əlavə edib.

Etikxeber.az


Read Previous

Sosial şəbəkədə yanlış məlumat yayan 10 nəfər inzibati qaydada həbs edilib, 18 nəfərə inzibati cərimə tətbiq olunub, 127 nəfərə xəbərdarlıq bildirilib-OPERATİV QƏRARGAH BƏZİ JURNALİSTLƏRƏ DƏ İRAD TUTUB – YENİLƏNİB – (2)

Read Next

“Getdilər və qələbə qazandılar…”-AMAŞOV APREL DÖYÜŞLƏRİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir