“Bu gün dünyanı sosial şəbəkələr idarə edir…” – MSK SƏDRİ

Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur. 

Etikxeber.az məlumat verir ki, bunu bu gün “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzair Pənahov bildirib.

MSK sədri deyib ki, bu gün dünyanı sosial şəbəkələr idarə edir:

 “Dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Növbəti addımlarda cəmiyyətin fəaliyyətini tənzimləyən bütün qaydalar, qanunlar sosial şəbəkələrlə tənzimləncək. Bu reallığı hər kəs gözünün qarşısına gətirməlidir”. 

O, bildirib ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur:

 “Siz bütün dünyanın gözü qarşısındasınız. Dediklərimin çoxunu burada oturanlar gözəl bilsə də, açıq şəkildə müzakirəyə etmək istəmir. Amma açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir”.

MSK sədri həmçinin, deyib ki, milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz.

M. Pənahovun dediyinə görə, bu, dünyanın hər yerində belədir:

“Hansısa xoşagəlməz hal Almaniyada baş verəndə bunu təsadüf kimi qəbul edib, problemi həll edib aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur”.

MSK sədrinin fikrincə, seçki elə prosesdir ki, maraqlı qüvvələrə ölkənin daxili işlərinə qarışmaq imkanı verir:

“Çünki demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir. Demokratiyanın göstəricisi isə seçkilərdir”.

Etikxeber.az

Read Previous

Jalə Əliyeva seçicilərlə görüşlərdə-NƏLƏRDƏN DANIŞDI? – FOTO-VİDEO

Read Next

İlham Məmmədovun seçicilərlə görüşləri – NECƏ KEÇİR? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir