Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gündən pensiyalar 200 manata çatdırılıb.
Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Sabunçu rayonu, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbirdə Baş Nazirin müavini Əli Əhmədov bildirib.
O, qeyd edib ki, gələn ildən vətəndaşlar icbari tibbi sığorta ilə daha yaxşı tibbi xidmət ala biləcəklər.
“Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaş dayanır. Hökumət çalışır ki, insanlar daha da yaxşı yaşasın. Bu, hər bir kəsin dövlətidir. Dövlət də zamanı çatanda hər bir vətəndaşa, o cümlədən ahıl vətəndaşlara qayğı göstərir”-deyə, Ə. Əhmədov sözlərinə əlavə edib.
Etikxeber.az