“Bu, İlham Əliyev və Azərbaycan diplomatiyasının böyük qələbəsi idi…”-MİLLƏT VƏKİLİ – RƏYLƏR

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Ermənistan baş nazirinə tarix və diplomatiya dərsi keçdi. Paşinyan Azərbaycan Prezidentinin dəqiq tarixi faktlara əsaslanan fikirləri, cəsarəti, qətiyyəti, diplomatik məharəti qarşısında aciz duruma düşdü.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Sahibə Qafarova deyib.

“Cənab Prezident dərin məntiqi və istinad etdiyi təkzibolunmaz faktlarla Paşinyanın bütün iddialarını darmadağın etdi. Bir daha cənab Prezidentimizlə fəxr etdim. Təşəkkürlər, cənab Prezident!”-deyə, S. Qafarova sonra qeyd edib.

Digər millət vəkili Eldəniz Səlimov da Azərbaycan Prezidentinin Ermənistan baş naziri üzrərində böyükhesablı qələbə qazandığını, ona növbəti sarsıdıcı siyasi-mənəvi-diplomatik zərbə vurduğunu deyib.

“Münxendə yaşananlar İlham Əliyev və Azərbaycan diplomatiyasının böyük qələbəsi və zəfəri oldu. Azərbaycan Prezidenti arqumentləri, sərrast, tutarlı, faktlara, tarixə, həqiqətə söykənən mövqeyi və fikirləri ilə bir daha erməni yalanını ifşa etdi, bir daha Ermənistana, onların boşboğaz və populist baş nazirlərinə sarsıdıcı siyasi-diplomatik zərbəsini endirdi. Valdayda, Aşqabadda çox ciddi və sarsıdıcı zərbələr alan Ermənistan və Paşinyan Münxen debatında bir daha məğlubiyyətə, fiaskoya uğradıldı, elə bir zərbəyə məruz qoyuldu ki, çətin ki, bundan tezliklə özlərinə gələ bilsinlər. Həmçinin, bütün dünya bunun şahidi oldu və gördü, agah oldu ki, Ermənistan işğalçı, təcavüzkar ölkədir, bölgədə və dünyada sülhə, təhlükəsizliyə ciddi təhdiddir, onların heç bir arqumenti, faktı, həqiqəti yoxdur. Yəni, Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycanındır və hər zaman da Azərbaycanın olacaq. Ölkə Prezidentinin dünənki çıxışı, fikirləri ilə bir daha qürur duydum, iftixar hissi keçirdim. Fəxr etdim ki, Azərbaycan vətəndaşıyam, fəxr etdim ki, İlham Əliyev kimi Liderimiz var. Allah Azərbaycanımızı və Prezidentimizi qorusun!”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Onlarla Müsavatçı və xeyli deputatlığa namizəd-SAXLANILDI – ARİF HACILI SƏRBƏST BURAXILDI – MÜSAVAT BƏYANAT VERDİ – FOTOLAR – YENİLƏNİB – (8)

Read Next

Milli Məclisin üzvü olmuş-söz və sənət adamları-BƏXTİYAR VAHABZADƏ, ANAR, ZEYNƏB XANLAROVA, MUSA YAQUB, ŞƏFİQƏ MƏMMƏDOVA, CABİR NOVRUZ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir