“Bu, müraciətlərinizə operativ reaksiya verilməsi və problemlərin daha çevik həlli üçün əsas yaradacaq”-MİLLƏT VƏKİLİ ÖLKƏ PREZİDENTİNİN SON FƏRMANINI ŞƏRH ETDİ

Əminliklə demək olar ki, cənab Prezidentin bu qərarının nəticəsi olaraq, müraciətlərinizə daha operativ reaksiya verilməsi və problemlərin daha çevik həlli üçün əsas yaranacaq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov ölkə Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı son Fərmanını şərh edərkən deyib.

“Əziz Şəhid ailələri, hörmətli Qazilərimiz və Vətən müharibəsinin digər iştirakçıları. Bundan sonra rayon icra hakimiyyətlərində Sizin problemlərinizlə ayrıca şöbə məşğul olacaq. Belə ki, Prezident İlham Əliyevin Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilmiş, yerli İcra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi yaradılmışdır. Əminliklə demək olar ki, cənab Prezidentin bu qərarının nəticəsi olaraq, müraciətlərinizə daha operativ reaksiya verilməsi və problemlərin daha çevik həlli üçün əsas yaranacaq”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Gah fəxr etdik, qürur duyduq, gah da üzüldük, göz yaşlarımıza hakim ola bilmədik…”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ ŞƏHİD AİLƏLƏRİ VƏ MƏZARLARINI ZİYARƏT ETDİ – FOTOLAR

Read Next

Sabiq Xarici işlər nazirini-NƏRGİZ QURBANOVA ƏVƏZLƏDİ – SƏRƏNCAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir