Sabiq Xarici işlər nazirini-NƏRGİZ QURBANOVA ƏVƏZLƏDİ – SƏRƏNCAMLAR

Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, H. Həsənov bundan öncə Macarıstanda Azərbaycanın səfiri, ondan qabaq isə Azərbaycanın Xarici işlər naziri olub.

Bugünlərdə də “Şöhrət” ordeni ilə təltif olunub.

***

Prezidentin digər Sərəncamı ilə də Nərgiz Qurbanova Azərbaycanın Polşadakı səfiri təyin olunub.

Qeyd edək ki, Nərgiz Akif qızı Qurbanova başqa bir Sərəncamla Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Etikxeber.az

Read Previous

“Bu, müraciətlərinizə operativ reaksiya verilməsi və problemlərin daha çevik həlli üçün əsas yaradacaq”-MİLLƏT VƏKİLİ ÖLKƏ PREZİDENTİNİN SON FƏRMANINI ŞƏRH ETDİ

Read Next

“İşğal nəticəsində əldən çıxmış faydanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir”-BAŞ PROKUROR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir