“Bu, necə ola bilər, həqiqətnmi, insanlar işləmək istəmir?”- PARLAMENTİN İNSAN HÜQUQLARI KOMİTƏSİNİN SƏDRİ

Azərbaycan dövlətinin sosial siyasəti fədakarlıq nümunəsidir. Pandemiya dövrü bunun ən yüksək nümayii oldu.Xatırlatmaq istərdim ki,nvanlı sosial yardım siyasəti 12 il əvvəl başlayarkən uşaq pulu adlanan müavinətlərin daha rasional və ünvanlı olmasını təmin etmək məramı idi.Söhbəlq desək, məhz ehtiyac meyarından aşağı durumda yaşayan sosial qruplara bu yardımın edilməsi başlıca məram idi.Lakiın açıq desək, ötən illər hər hansıfəaliyyətin təftiş etmədən deyək ki, yardımlar bir sıra halda ünvansız olub. Kasıb ailələr əvəzinə imkanlı şəxslər həmin yardımdan bəhrəlmişlər ki, bu da haqlı narazılıqlar yaradır.Halbuki dövlətin iradəsi və ön yüksək yardım proqramlarını tətbiq etməsi sahəsində prezident İlham Əliyevin ən qabaqcıl liderlərdən biridir.

Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin (MM) bugünkü iclasında çıxışı zamanı deyib.

Çıxışı olduğu kimi, təqdim edirik:

“Bu sahədə qəyyumluq, ələ baxımlığın aradan qaldırılmasından qabaq bir çox suallara cavab vermək lazımdır.Məsələn, mənim təmsil etdiyim Bərdə rayonunda yardım alan ailələrin sayı Masallı ilə müayisədə az qala 4 dəfə geri qalır.Rəqəmlərə diqqətlə baxdıqda hər şey aydın olur.Qarabağın ən ağır humanitar yükünü üzərində daşıyan Bərdədə həmin ailələrin sayı 1200, Masallıda isə 6000 ailə təşkil edir.Söhbət ondan getmir ki, digər bölgələrdə süni azaldılma getsin.Məsələ ondadır ki, işsizlik statusunun alınması üçün reallıqda baş verən sıra neqativ hallar burada başlıca rol oynayıb.Bəs onda sosial ədalət?Ölkə rəhbərinin son çıxışlarının əsas və prinsipial xəttini məhz bu ideyanın Azərbaycanda gerçəkləşdirilməsi təşkil edir.Beləliklə, parlament dilinə çevirsək, orta aylıq əməkhaqqı yüksək olan rayonlarda yardım alanların sayı həmin göstərici aşağı olan rayonlardan az adam onu alır.

Digər mühüm məsələ, alterantiv siyasətlə yardım alanları normal iş rejiminə qaytarmaqdır.Söhbət ondan gedir ki, özünüməşğulluq prorqamı və ya ictimai işlər həmin yardım alanları daimi və normal məşğulluq fəalliyyətinə cəlb edilməsinin effektivliyini dəyərləndirmməyə çalışmalıyıq.Diqqət edin, 7800 ailə əvəzinə 12000, yaxud 50 min ailə üzərinə 90 minə çatan dövlət sosial siyasət proqramlarını məhz ölkə rəhbəri irəli sürüb.İndi isə Nazirliyin təqdim etdiyi hesabatdan görünür ki, ictimai işlərə cəmi 61 min insan müraciət edib. Bu, necə ola bilər, həqiqətnmi, insanlar işləmək istəmir?İcra hakimiyyəti başçılarının həbsləri göstərdi ki,həmin ictimia işlərə canatım nə üçün aşağıdır. Söhbət ondan gedir ki, digər rayonlarda da vəziyyət eynidir.Halbuki yardım siyasətinin alternativi insanlara iş yerini özünün açması şəraitini təmin etməkdir.İş yerini vətəndaş özü rahat bir şəkildə açanda dövlətin yükü azalacaq!”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daha 131 yoluxma-DAHA BİR ÖLÜM…

Read Next

“Onlar insanlıq adına qara ləkədirlər…”-ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir