“Bu, onların haqqıdır…”- ELDƏNİZ SƏLİMOV – DEPUTATLAR ÖLKƏ PREZİDENTİNİN BUGÜNKÜ 3 SƏRƏNCAMINI YÜKSƏK VƏ MÜSBƏT QİYMƏTLƏNDİRDİLƏR…

Torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıb qələbələrimizi təmin edənlərin hər birinin adı bizim ürəyimizin başına həkk olunub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin Sərəncamları ilə döyüşlərdə şücaətlər göstərən, tarixi qələbəmizi reallaşdıran əsgər və zabitlərlərimizin qəhrəmanlıqlarının yüksək qiymətləndirilməsi, onların təltif edilməsi igidlərimizə verilən dəyərdir və bu, hər birimizi ürəkdən sevindirir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.

Bildirib ki, atalar, analar başlarını uca tuta, qardaşlar, bacılar fəxr edə bilərlər.

“Cünki onların əzizləri qəhrəmandırlar. Prezidentimizin, Xalqımızın doğmaları, sevimlisidirlər. Bundan böyük şərət, bundan böyük dəyər, bundan böyük Qələbə ola bilməz. Qəhrəmanlarımızla, igidlərimizlə qürur duyuruq. Bu qələbənin təminatçısı, ilhamvericisi, təşkilatçısı olan Prezidentimizlə,Ali Baş Komandanımızla fəxr edirik.Çətin gündə bir yumruq kimi birləşən, vətənini, torpagını canı qədər sevən və döyüşlərdə qəhrəmanlıq göstərən xalqımıza Qələbə yaraşır və bu, bizim haqqımızdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Digər millət vəkili Eldəniz Səlimov da hesab edir ki, ölkə Prezidenti, Ali Baş Komandan tərəfindən 44 günlük İkinci Vətən Müharibəsi iştirakçılarının, qəhrəmanlarının, igid hərbçilərin, əsgərlərin ölkənin ən ali ordenləri və fəxri adları ilə təltif olunması olduqca böyük təqdirə və alqışa layiq bir hadisə, addımdır.

Onun sözlərinə görə, iyul-Tovuz hadisələrinin qəhrəmanlarından olan mərhum, general-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyevin, ümumilikdə 3 nəfərin Milli Qəhrəman, 82 igidimizin “Vətən Müharibəsi Qəhrəmanı” adı, 33 qəhrəmanımızın “Zəfər”, 204 qəhrəmanımızın isə “Qarabağ” ordeni ilə təltif edilməsi bütövlükdə 44 günlük müharibəyə və bu müharibəni tarixi Qələbə, Zəfər ilə baş çatdıranlara verilən qiymət, sonsuz dəyərdir.

“Onların hər biri bu adı öz əməlləri, igidlikləri, müstəsna qəhrəmanlıqları ilə haqq edirlər. Bu, onların haqqıdır. Biz onların hər birinə minnətdar və borcluyuq. Bu günümüzə, əmin-amanlığımıza, 32 illik qanlı münaqişənin cəmi 44 günə tarixi Qələbə, Zəfərlə başa vurulmasına görə, hər birimiz onlar qarşısında baş əyirik. Onlardır möhtəşəm, dünyaya səs salan Qələbəmizin, Zəfərimizin yaradanları, yaşadanları. Dövlətimiz, xalqımız, dövlət başçımız, Ali Baş Komandanımız da hər zaman Vətən Müharibəsi, Qarabağ Savaşı iştirakçılarına, Şəhidlərə, Şəhid ailələrinə, Qazilərə xüsusi diqqət və qayğısı, hörmət və ehtiramı ilə seçilib. Dövlət başçımız hər zaman Şəhidlərə, Şəhid ailələrinə, Qazilərimizə özünün həssas və isti münasibətini nümayiş etdirib, hər zaman onları diqqətdə saxlayıb, qiymətləndirib, dəyərləndirib. Bu gün imzalanan hər üç Sərəncam da bir daha Azərbaycan dövlətinin və dövlət başçısının diqqətinin, həssas münasibətinin növbəti əyani nümunəsidir.

Bildiyiniz kimi, bir müddət öncə Ali Baş Komandan Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adının, eləcə də, 2 Orden və 15 medalın təsis edilməsi ilə bağlı parlamentə müvafiq qanun layihələri göndərmiş və hər hər iki qanun layihəsi dəmillət vəkilləri tərəfindən yüksək razılıq hissi ilə qarşılanaraq, müsbət qiymətləndirilmiş, üç oxunuşdan keçirilərək, bütövlükdə qəbul olunmuş və imzalanması üçün ölkə Prezidentinə göndərilmişdir. Ölkə Prezidenti də səlahiyyətlərindən istifadə edərək, hər iki qanun layihəsini imzalayaraq, onların hüquqi qüvvəyə minməsinə yaşlı işıq yandırmışdır. Bugünkü Sərəncamları ilə də həmin qanunların mahiyyətinə uyğun olaraq, addımlar atmış, Şəhid və hazırda yaşayan igidlərimizi, qəhrəmanlarımızı, dastan yazan oğullarımızı, hərbçilərimizi təltifləndirmişdir. Buna görə, müzəffər Ali Baş Komandana təşəkkürlərimizi bildirir və ona Azərbaycan naminə fəaliyyətlərində növbəti uğurlar arzulayırıq. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”-deyə, millət vəkili daha sonra bildirib.

Etikxeber.az

Read Previous

Bakıda restoranda toy etmək istəyən şəxslər-SAXLANILDI – VİDEO

Read Next

Deputat köməkçisinə-Qarabağ Qazisinə baş çəkdi-ŞƏHİD AİLƏLƏRİ VƏ ŞƏHİD MƏZARLARINI ZİYARƏT ETDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir